Accessibility links

Vaşinqtonda Xocalı qətliamı anılıb


Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-la birlikdə Vaşinqtonda Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar tədbir keçirib. ABŞ-ın rəsmi nümayəndələri və Vaşinqtonda diplomatik korpusun nümayəndələrinin dəvət edildiyi anım mərasimində İllinoys ştatından konqresmen Rendi Haltqren də iştirak edib. ABŞ konqresmeni qətliamı bəşəriyyətə qarşı cinayət adlandıraraq Xocalını faciə adlandıraraq hadisənin Azərbaycan xalqının tarixində əhəmiyyətli bir nöqtə olduğunu deyib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin unudulmadığını və hadisənin azərbaycanlıların yaddaşında iz qoyduğunu qeyd edib. O, insanların Azərbaycan torpaqlarının işğalının davam etdiyi bir reallıqla qarşılaşdığını bildirib və əlavə edib ki, məcburi köçkünlər və qaçqınlar bir zaman yenidən öz yerlərinə dönəcəkləri ümidi ilə yaşayır. Səfir Elin Süleymanov çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əhəmiyyətini vurğulayıb.



ABŞ azərbaycanlıları şəbəkəsi USAN-ın həmtəsisçisi Adil Bağırov toplaşanlara Birləşmiş Ştatlarda Azərbaycan diasporunun Xocalı faciəsinin tanıdılması məqsədilə fəaliyyətlərindən danışıb. Adil Bağırov Ağ Evin veb səhifəsində Xocalı faciəsinə dair petisiyaya Amerika administrasiyasının rəsmi açıqlama verdiyini qeyd edib. Onun sözlərinə görə, Xocalıya dair petisiya Ağ Evin veb səhifəsində ən çox səs toplayan petisiyalardan biri olub. Amerikanın Səsinin sualını cavablandıran Adil Bağırov deyib ki, administrasiya Xocalı hadisələrilə bağlı rəsmi bəyanatla çıxış etməsə də, açıqlamanın verilməsi ABŞ hökumətinin məsələyə diqqət göstərdiyinə sübutdur. “Biz bu il bir sıra ştatlarda Xocalı faciəsinin tanınmasına dair rəsmi bəyannamələrin verilməsinə nail olmuşuq. ABŞ administrasiyası da bu il Ağ Evin veb saytında Xocalıya dair petisiya ilə əlaqədar açıqlama verib. Biz ümid edirik ki, gələn il ABŞ administrasiyası Xocalı qətliamının tanınmasına dair rəsmi bəyanatla çıxış edərək”-deyə Adil Bağırov bildirib.

ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Dayan Kohen Birləşmiş Ştatlarda Xocalı faciəsinin tanınması istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayaraq, mədəni fəallığın gücləndirilməsini təklif etdi. “Mənim fikrimcə, Xocalıya ədalət kifayət deyil. İnsanların bir nəticə görməsi mühümdür. Xocalı ilə bağlı məlumatların Amerika auditoriyasına çatdırılması üçün hadisələri qeydə almaq, hadisə qurbanları və hadisə ilə bağlı məlumatı olan şəxslərlə danışmaq və bunları qeyd etmək, yazmaq və başqalarına çatdırmaq lazımdır”-deyə Dayana Kohen Amerikanın Səsinə bildirib.

Vaşinqtonda fəaliyyət göstərən Höte institutunda keçirilən tədbirdə amerikalı musiqiçilərin ifasında klassik musiqi əsərlərindən nümunələr səslənib. Musiqi sədaları altında Xocalıda həlak olan insanların adları zalda yerləşdirilmiş böyük ekranda göstərilib.

Mərasim zamanı Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqə sükutla anılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG