Accessibility links

Litvada Xocalı faciəsi filmi və filmin qəhrəmanı Xocalı haqqında


"Sonsuz dəhliz" filmi Xocalıdan danışır
"Sonsuz dəhliz" filmi Xocalıdan danışır

Litvada “Sonsuz dəhliz” sənədli filmi təqdim edilib. Müəlliflər geniş tədqiqat işi aparıb. Amerikanın Səsi filmin qəhrəmanı Xocalı əsiri Valeh Hüseynovun faciənin anatomiyası müsahibəsini təqdim edir.

Fevralın 19-da Litvanın “Vingis” kinoteatrında litvalı sənədli film ustalarının “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin premyerası keçirilib. Müəlliflər Xocalı faciəsi haqqında birsaatlıq filmi publikaya təqdim ediblər. Bu, xarici sənədli film rejissorlarının bu mövzuda ilk sənədli işidir.

Təəssüf ki, Qərbdə Xocalı faciəsi barədə az bilirlər.

Premyerada Litvanın aparıcı elektron və çap KİV-nin nümayəndələri, parlament, hökumət, Prezident Administrasiyası, diplomatik korpusların təmsilçiləri iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, yerli kinematoqrafçılar iştirak ediblər.

“Biz avropalı tamaşaçıya Qarabağ müharibəsinin ən dəhşətli səhifəsini – Xocalı faciəsini göstərmək istəmişik. Təəssüf ki, Qərbdə bu barədə az bilirlər”, - rejissor Mindauqas Urbanaviçyus gecəni açarkən bildirib.

“Bizim işimiz üç ildən çox davam edib və bu müddətdə çoxsaylı təşkilati və yaradıcı çətinliklərlə üzləşməli olmuşuq. Bura bizim qrupun Ermənistandan çıxarılması da daxildir. Lakin buna baxmayaraq, işimizi başa çatdırdıq”, - prodüser Andryus Brokas qeyd edib.

Xocalı mənim həyatımı dəyişdirdi, baş verənlərdən sonra mən başqa adama çevrildim.

“Xocalı mənim həyatımı dəyişdirdi, baş verənlərdən sonra mən başqa adama çevrildim. Mənim araşdırmalarımda məqsəd tamaşaçıların gözlərini Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli faciəyə açmaq, kütləvi qətllərin günahkarlarını etiraf etməyə çağırmaqdır”, - filmin qəhrəmanlarından biri, araşdırmaçı-jurnalist Riçardas Lopaytis vurğulayıb.

Filmdə Lopaytis Xocalı qırğınını araşdırarkən, bu hərbi əməliyyatın bilavasitə iştirakçıları və qurbanları ilə söhbət edərkən keçdiyi yoldan bəhs edir.

Qeyd edək ki, filmin müəllifləri “hökm” çıxarmırlar, heç kimi ittiham etmirlər, lakin faktlar özü çox şeydən xəbər verir. Filmdə ortaya qoyulan faktlar və sübutlar xocalıların Ağdam özünümüdafiə dəstələrini qaranlıqda ermənilərlə səhv salaraq güllələməsi barədə erməni versiyasını açıq-aşkar təkzib edir.

Kütləvi qətllər Əsgəranın yaxınlığında erməni rayon mərkəzində baş verib.

Ölülərin yerlərdən götürülməsilə bağlı sənədli kadrları tutuşdurmaqla müəlliflər inandırıcı şəkildə sübut edirlər ki, kütləvi qətllər Əsgəranın yaxınlığında erməni rayon mərkəzində baş verib.
Xocalı faciəsində bağlılığı olan erməni xadimlər – dəstə komandiri Arkadi -Ter Tadevosyan və separatçıların ideoloqlarından biri Levon Melik-Şahnazaryanın etirafları da olduqca maraqlıdır.

Lakin filmin əsas xətti iki nəfər Xocalı sakininin – musiqiçi Valeh Hüseynovun və evdar qadın Mehriban Bəkirovanın taleyidir. Onlar 10 nəfər yaxın qohumlarını itiriblər, əsir düşüblər, qeyri-insani əzablara düçar olublar. Onların əhvalatı tamaşaçıda daha çox təəssürat yaradır.

Filmin nümayişi film üçün yazılmış rekviyemin canlı ifası ilə açılıb.

“Bu film məni heyrətləndirdi və mənim üçün yeni bir şey oldu. Biz hamımız Qarabağ münaqişəsi haqqında bilirik, lakin bu epizod bizi faciəni və azərbaycanlıların iztirablarını bütün dərinliyi ilə hiss etməyə və münaqişənin özünə yeni baxışla baxmağa məcbur etdi.

Bu epizod bizi faciəni və azərbaycanlıların iztirablarını bütün dərinliyi ilə hiss etməyə və münaqişənin özünə yeni baxışla baxmağa məcbur etdi.

Film çox gözəldir və biz onu Vilnüs Beynəlxalq kino müsabiqəsinə daxil etdik”, - filmin nümayişindən sonra festivalın direktoru Vida Ramaşkiene bildirib.
Sıravi tamaşaçılar öz emosiyalarını gizlədə bilməyiblər, təmkinli sayılan litvalıların çoxunun gözləri yaşla dolub.

Filmin digər bir qəhrəmanı, moskvalı jurnalist Viktoriya İvleva nümayişdən əvvəl çıxışında bildirib ki, onun həyatı fevralın 25-26-da dəyişdi. Həmin faciə ilə yanaşı ikigünlük qızı xilas edib və bunu öz həyatında ən önəmli hadisələrdən biri hesab edir.
Əminliklə demək olar ki, “Endless Corridor” Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması işində mühüm məqam olacaq.

Filmin qəhrəmanı Valeh Hüseynovla müsahibəni də diqqətinizə təqdim edirik:

Xocalı əsiri və ya əsir Xocalı…


Erməni əsirliyində olmuş Valeh Hüseynov: Əllərim yandırılmış, barmaqlarım qırılmış, dırnaqlarım çıxarılmışdı...

Xocalıda əsir düşmüş Vaıeh Hüseynov
Xocalıda əsir düşmüş Vaıeh Hüseynov
Azərbaycanın Xocalı şəhərindən olan məcburi köçkün Valeh Hüseynov TURAN agentliyinə müsahibəsində soyqırıma məruz qalmış şəhərin adamlarından danışır. Valeh Hüseynovun taleyi bəlkə də dəhşətli faciəni əks etdirəcək hansısa filmin süjet xəttidir. O,öz şəhərinin müdafiəsində dayanıb, sonra əsir düşüb. Valehin əsirlik həyatı “bu gün əsirə gülənlər”in özünü ağladacaq qədər faciəlidir.

Xocalı döyüşçüləri

1991-ci ilədək Xocalıda yaşayan azərbaycanlılar ermənilərdən üstün idi və onların bütün təxribatlarını qoçaqlıqla dəf edirdilər.

1991-ci ilin yayında ermənilər Mehdikənd istiqamətindən Xocalıda axısxa türklərinin
Geri qayıdarkən anamı əlində qoşalülə tüfəng, çiynində patron qatarı ilə səngərdə gördüm.

yaşadığı istiqamətə avtomat və qumbaraatanlardan hücum etmişdi. Biz silahlanıb onların qarşısına çıxdıq. Ermənilər qaçdılar. Geri qayıdarkən anamı əlində qoşalülə tüfəng, çiynində patron qatarı ilə səngərdə gördüm. Onunla bərabər səngərdə çoxlu sayda qadın var idi, əllərində tüfəng, balta, yaba var idi. Nə qədər çalışdım evə getmədilər, sonradan əmim qadınları evlərinə getməyə məcbur etdi.

O dövr elə bir vəziyyət yaranmışdı ki, ermənilər gəlib Xocalı camaatından xahiş edirdi ki, onlara Ermənistana getmək üçün yol verək.

Azərbaycanlıları istəyən ermənilər də var idi

Hələ sovet dövründə azərbaycanlıları yaxın hesab edən ermənilər deyirdi ki, burada azərbaycanlılara qarşı güclü müharibə hazırlanır.

Bizi istəyən ermənilər deyirdi ki, burada güclü müharibə hazırlanır, sizi qıracaqlar.

Onlar deyirdi ki, bütün hazırlıq işlərinin arxasında Moskva durur. Ermənilərin hamısı millətçi deyildi ki, onların çoxu millətçilikdən kənar idi. Bizi istəyən ermənilər deyirdi ki, burada güclü müharibə hazırlanır, sizi qıracaqlar. Hətta ermənilərdən eləsi var idi ki. əsirlik zamanı mən də gördüm, onlar Xocalı camaatını müdafiə etdiyinə görə, döyüb KPZ-yə salmışdılar.

Mənim əsirlikdə dırnağımı çıxaran zaman erməniləri də döyə-döyə gətirmişdilər ki, bu mənzərəyə baxsınlar. Pəncərənin qarşısında mənim dırnağımı çıxarırdılar, oraya gətirdikləri ermənilərin hamısı ağlayırdı. Bu vəhşilikləri onların liderləri edirdi, onlar isə Yerevanın əli ilə təyin edilmişdi və bu işgəncələri verirdi.

Xocalı camaatına ən çox zülmü o edib.

Orada Əsgəran rayonunun Yanğınsöndürən xidmətinin rəisi Karo var idi. Xocalı camaatına ən çox zülmü o edib. Liderlərdən Vitali deyilən var idi, o döyüşdə olub, amma əsir və girovlara zülm etməyib. Qarik var idi, KPZ-də naçalnik işləyirdi. Manvel
Orada bəziləri çox əzazil idi.

var idi, Əsgəranın polis rəisi idi. Amma, onu çox şeylərə qarışmağa qoymurdular. Onların da Xalq cəbhələri var idi, sədri Vitali idi. Orada bəziləri çox əzazil idi. Amma elələri də var idi, növbətçi olanda bizə yemək də verməyə imkan yaradırdı. Kömək etməyə çalışanlar da vardı. Mən əsirlikdə olanda halıma dözməyib ağlayan erməni olub”.

Uşaqlıq vaxtı döydüyüm erməni əlində silah gəlib məni əsirlikdə gördü və ağladı. Dedi ki, kaş məni döydüyün günlər olardı. Orada mənim uşaqlıq yoldaşlarım olan ermənilər gəlirdi yanıma, oturub ağlayırdılar. Deyirdilər çıxış yolumuz yoxdur, qaçmaq istəyirik millətçi ermənilər bizi öldürür. Çıxış yolu tapa bilmirdilər”.

Ermənilərin xəbərdarlığı: Sizi qıracaqlar, Moskva hazırlayır

Sovet vaxtı ermənilərlə qonşuluq, yaxşı münasibət var idi. Sovet dövründə ermənilərin toyuna, yasına gedərdik.

Dostumuz Seryoja anamı yanımda qalmağa qoymadı, onun arvadı qaldı yanımda.

Hətta, ermənilərin yasında gedib içərdik də. Şəhid olan əmim oğlum var idi. O deyirdi ki, ermənilərin yasında üçüncü stəkan araqdan sonra sağlıq deməyə başlayırıq.
Uşaq vaxtı Xankəndi xəstəxanasında əməliyyat olunmuşdum, dostumuz Seryoja anamı yanımda qalmağa qoymadı, onun arvadı qaldı yanımda. Özü, uşaqları xəstəxanaya yanıma gəlirdi.

Ermənilər də əkin-biçin edirdi. Atam onlara kömək edərdi. Erminax adlı erməni var idi, atam onun biçdiyi otu maşını ilə gətirərdi, pul da almazdı. Daim bir-birimizin evinə qonaq gedərdik. Münasibətdə olduğumuz yerli ermənilərin hamısı deyirdi ki, azərbaycanlılara qarşı güclü müharibə hazırlanır. Bu xəbərdarlığı ermənilər 20-ci əsrin 70-ci illərində edirdi.

Amma 1988-ci ildə münasibətlər kəskinləşdi. Məsələn, 1990-ci ildə Xankəndində bankın qarşısında ermənilər atama hücum etmişdi, bir tanış erməni onu maşınına oturdub Xocalıya gətirmişdi.

Xocalıya rus hərbiçiləri gəldi, ermənilər üstünlük qazandı

1988-ci ilin sentyabrında ermənilər Xocalıya basqın etmişdi. Xocalı camaatı ermənilərin qarşısını aldı və orada 5-6 erməni öldürüldü.
Bundan sonra Xocalıya hərbçilər gəldi.

Artıq ermənilər xocalılara qıraqda-bucaqda təklikdə tutub hücum edib doğramağa başladılar. Hətta bir dəfə xocalılı oğlanı tutub doğrayıb kisəyə doldurmuşdular. Sonra yavaş-yavaş silahlandılar və başladılar Xocalını vurmağa. Xocalıya “Alazan” raketləri atırdılar.

Rus hərbçiləri

Dağlıq Qarabağa göndərilmiş rus hərbçiləri hərtərəfli mövqe tutmuşdu. Onlar özləri üçün pul da qazanırdı. Məsələn, Xocalıda olan hərbçiləri yerli camaat yedirib-içirirdi,
Bizdə isə 5-6 avtomat var idi.

onlar başlayırdı bizim sözümüzü deməyə. Bu zaman onların yerini dəyişdirirdilər.
Bir dəfə Xocalını ermənilər dörd tərəfdən “Alazan” raketi ilə atəşə tutdular. Bizdə isə 5-6 avtomat var idi. Avtomatla raketə cavab vermək də mümkün deyildi. Amma bir dəfə ruslar ermənilərin “Alazan” atan yerlərini vurdu. Ermənilər raketləri Kətikin meşəsindən atırdılar. Xocalını daha çox “Alazan” atəşinə Haroydan və Boz Dağdan tuturdular.

Əlif Hacıyev Xocalı aeroportunun rəisi olanda erməniləri yerində oturtmuşdu. Əlif Hacıyevin zamanında aeroportda hər şeyi yoxlayırdı. Təyyarə ilə qanunsuz yüklərin aparılmasına və gətirilməsinə yol vermirdi. Ermənilər hərbi yüklərini 366-cı alaya gələn hərbi vertolyotla gətirirdilər.

Azərbaycanlıların silahsızlaşdırılması

Rus hərbçiləri Xocalı camaatının ov silahlarını yığıb, Əsgərandakı polis şöbəsinə verirdilər. Beləliklə, azərbaycanlıları silahsızlaşdırdılar. Bu silahlar da sonradan
Rus hərbçiləri avtomatı 3-5 min rubla satırdı.

ermənilərin əlinə keçdi. Eyni zamanda ermənilər həm 366-cı alaya gələn hərbi vertolyotlarla silah daşıyırdı, həm də alayın silahları ermənilərə verilirdi. Ermənilər artıq 1991-cı ilin payızında həm avtomat, həm pulemyot, həm qumbaraatan, həm də ov silahları ilə silahlanmışdı. Azərbaycanlıların isə rus hərbçilərindən gizlədə bildiyi bir neçə ov tüfəngi var idi. Beləliklə, ermənilər üstünlüyü ələ aldılar.

Biz də 366 alaydan avtomat almağa başladıq. Rus hərbçiləri avtomatı 3-5 min rubla satırdı.

Camaat rus hərbçilərindən avtomat alan vaxt, ermənilər artıq BTR və BMT-dən atəş açırdılar. Ermənilər bizdən üstün idi. Onlar yolumuzu Xankəndi və Əsgəran tərəfdən kəsdilər. Xocalının Şuşaya və Ağdama yolu kəsilmişdi. Xocalı camaatı da ermənilərin yolunu kəsdi.

Xocalının ağır günləri

Xocalıya Şuşanın icra hakimiyyəti başçısı Mikayıl Gözəlov kömək edirdi. Onu da öldürtdülər.

Yollar bağlanandan sonra Xocalı ağır duruma düşdü.

Yollar bağlanandan sonra Xocalı ağır duruma düşdü. Həm ermənilər silah cəhətdən çox güclü idi, həm ruslar onlara kömək edirdi, həm də Xocalının Ağdamla əlaqəsi kəsilmişdi. İnsanlar aclıq çəkirdi, elektrik yox, istilik yox idi. Şəhərə çörəyi vertolyotla göydən atırdılar. Bir çox evlər ailələrini çıxarmışdı, kişilər özləri zülmlə un tapıb çörək bişirirdi. Ermənilərdə 5-6 min avtomat var idisə, Xocalıda 30-40 adamda avtomat olardı.

Xocalıya hücum

Xocalıya hücum başlayanda camaatın çoxu başa düşmədi. Hətta sevinənlər də oldu
10 dəqiqə keçmədi ermənilərin tankları Xocalıya girməyə başladı.

ki, Ağdam istiqamətindən Əsgərana hücum başlayıb. Ağdam camaatı yaxşı döyüşürdü. 10 dəqiqə keçmədi ermənilərin tankları Xocalıya girməyə başladı.

Babamın evinin qarşısında böyük ağaca bir mərmi dəydi, mərmi ağacı ikiyə böldü. Bu zaman dedik ki, artıq sondur. Bundan öncə də Xankəndi ətrafındakı Azərbaycan kəndləri bir-bir gözümüzün qarşısında yandırılırdı.

Əsirlik həyatı

Valeh Hüseynov Xocalı camaatının şəhərdən çıxarılmasında mühüm rol oynayıb. O, dinc sakinlərin bir hissəsini çaydan keçirib və nəhayətdə özü əsir düşüb.

Əsirlikdə ilk günü məni o qədər döydülər ki, artıq yaşamaq haqqında düşünmürdüm.

Ən dəhşətlisi o oldu ki, camaatı çaydan keçirdim, amma öz həyat yoldaşımı xilas edə bilmədim. Erməni gülləsi həyat yoldaşıma dəymişdi. Bir müddət onun yaninda oturdum, ayaqlarım getmirdi. Camaat mənə yalvarırdı ki, qalmayım. Amma həyat yoldaşımdan ayrılmaq istəmirdim, onunla haqq dünyasına qovuşmaq istəyirdim.

Qaraqayaya cəmi 300-400 metr qalmışdı, sonra Ağdamın Şelli kəndi idi. Hər yeri duman içində görürdüm. Bu zaman erməni mənə “dayan” dedi. Ölüm mənim məqsədim idi və onun üzərinə yeridim. Ermənin də avtomatının darağında güllə
Ölüm mənim məqsədim idi və onun üzərinə yeridim.

qalmamışdı. Mən onun üzərinə yeriyəndə arxaya çəkilib darağı dəyişmək istədi. Onu yeri yıxıb vurmağa başladım və bu zaman məni arxadan avtomatın qundağı ilə vurdular. Huşumu itirdim.

Əsirlikdə ilk günü məni o qədər döydülər ki, artıq yaşamaq haqqında düşünmürdüm. İlk olaraq bizi qıfıllı bir yerə saldılar. Bir-iki saat orada qalandan sonra gəldilər bir neçə nəfər cavanı seçdilər. Məni dairəyə aldılar. Qəflətən stol qılçaları ilə başladılar döyməyə, o qədər döyüblər ki, huşum gedib və gözümü açanda kamerada olduğumu hiss etdim. Nə qədər etdim bədənimi tərpədə bilmədim. Hər gün gəlib kamerada bizi huşumuzu itirənədək döyürdülər. Adımızı “ölümə məhkumlar” qoymuşdular. Bir dəfə bizi o qədər döydülər, ölmüş bilib gətirib üst-üstə yığdılar.

Qarabağ mahnısını sən çalırsan?

Elə əsirlər var idi onlara toxunmurdular. Çünki onlardan birinin atasının dostu orada komandir idi. İndi onların bəzisi rəhmətə gedib. Yəqin ki, kim isə mənim haqqımda demişdi.

Bir gün gəldilər dedilər ki, gitara çalan pulemyotçu Valeh kimdir. Qarabağ mahnısını sən çalırsan? Orada da gitara çalan bircə mən idim. Mənim barmaqlarımı ona görə qırdılar və dırnaqlarımı çıxartdılar ki, daha gitara çalmayım. Əlimi yandırdılar. Əllərim elə yanırdı, yağı süzülürdü. Sonra KPZ-yə saldılar. Qışın şaxtasında soyuq yer gəzirdim ki, əllərimi soyudum. Kamerada istilik radiatorunun soyuq dəmirinin üzərinə əllərimi qoydum. Qışın şaxtası, beton döşəmə olmasına baxmayaraq məndən tər dayanmırdı. Ağrılar dəhşətli idi. Orada yatmışam, əllərim dəmirə yapışmışdı, səhər qopara bilmirdim”

Əsirliyimin ən ağır günü idi

“Sonra dedilər dilimi kəsəcəklər. Bundan sonra başladı saçlarım ağarmağa. Ermənilər
Ermənilər səhər məni döyməyə gələndə dedilər, “ara sənin saçın ağarıb, xəbərin var”.

səhər məni döyməyə gələndə dedilər, “ara sənin saçın ağarıb, xəbərin var”.

“Bir dəfə də məni pul müqabilində dəyişmək istəyirdilər. Atama xəbər veriblər ki, əsir düşmüşəm. Gizlicə məni Əsgəranın Xanabad kəndinə gətirdilər. Postda hündür təpəni qazıb torpağın altında betonla sığınacaq tikmişdilər, məni saldılar ora, dəmir qapısını da bağladılar. Bir erməni də evinin əşyasını ora yığmışdı, içəridə hər cür şərait, su, tualet belə var idi.

Üç-dörd gün orada qaldım,

yaralarım qaysaqladı, odeyal var idi, istifadə edirdim. Bir də baxdım ki, burada
Bu kompot yox, konyak imiş.

bankalar var. Dedim ki, kompotdur, açım içim. Bankanın ağzını zülmlə açdım, bir nəfəsə yarısını içdim. Bu kompot yox, konyak imiş. Sonra orada yatdım. Düz martın 6-da Ala Yaqubun dəstəsi hücuma keçib oraları alanadək, orada qaldım. Bizimkilər gələndə 3-4 erməni qapını açıb sığınacaqda gizlənmək istəyirdi. Onlar məni o qədər döydülər,... avtomatın lüləsindən tutub qundağı ilə haram gəldi vururdular.

Ən ağır günlərimdən birini də yaşadım

Sonra məni ölmüş bilib atıb getmişdilər. Ayılanda qapının bir iki yerindən balaca deşik
Əyə, bu tərəfdən get, orada erməni görürəm.

var idi, oradan gördüm ki, buradakı evlər yanır. Bizimkilər orada idi. “Əyə, bu tərəfdən get, orada erməni görürəm”. Belə səslər eşidirdim. Qan sifətimdən axıb, dodaqlarımda qaysaqlamışdı, səsim çıxmırdı. Heç kimi çağıra bilmirdim. Əllərim yanmış, barmaqlarım qırılmış, dırnaqlarım çıxarılmışdı.
Sonra bizimkilər oranı tərk edib getdilər.

İlqarın qəhrəmanlığı

Burada Ala Yaqubun dəstəsindən Saatlıdan və ya Sabirabaddan İlqar adlı bir oğlan qalmışdı. O, ermənilərin postunda olan silahlarla 6 gün onlarla vuruşdu. Ermənilər
Ara bunun canı it canıdır, hələ də ölməyib.

qorxusundan geri qayıda bilmirdilər, Elə bilirdilər ki, bizimkilər orada batalyon yerləşdirib. Sonra İlqarı yaraladılar və işgəncə ilə öldürdülər. İlqarı öldürəndən sonra cibindən hərbi biletini çıxartdılar oxudular. Oradan adı yadımda qalıb.

İlqarı yaralayandan sonra gətirib mənim yanıma salmışdılar. İlqarı mənim yanıma salanda ermənilər dedilər “ara bunun canı it canıdır, hələ də ölməyib”. Məni aparıb bir dərəyə tulladılar. Daşlara dəyə-dəyə düşdüm suyun içərisinə. Sudan çıxa bilmirdim. Zülmlə sudan çıxdım, bir gecə orada qaldım. Dəhşətli titrəyiş tutmuşdu məni.

Deyirəm, insan ölmür də, allah ölüm verməyibsə, ölmürsən

Yatırdım, amma bədənim elə titrəyirdi ki, bəlkə də iki nəfər məni saxlaya bilməzdi.
Prostina ilə dodağımın qaysağını qoparırdım.

Səhəri gün ermənilər gəldi ki, ölməmişəm. Yenə gətirdilər saldılar KPZ-yə. Ermənilər bir iki gün mənə dəymədilər. Prostina ilə dodağımın qaysağını qoparırdım. Qanasa da bir qədər yaxşı idim.

Martın 21-də ermənilər yenidən gəldilər ki, sifətim bir qədər yaxşıdır.

Dedilər ölmək istəyirdin, öldürək səni

Dedim öldürün. Məni divara dirədilər. Biri alnımı, digəri isə ürəyimi nişan almışdı.
Səni martın 22-də bir qəbirin üzərində işgəncə ilə öldürəcəyik.

Dedilər bir-iki-üç deyib atacağıq, öləcəksən. Həmişə məni öldürün deyirdim, birdən soruşdum bu gün ayın neçəsidir. Ermənilər dedilər martın 21-dir.
Dedim martın 22-si mənim ad günümdür. Dedilər ad gününədək yaşamaq istəyirsən. Dedim bəli, onda dedilər səni martın 22-də bir qəbirin üzərində işgəncə ilə öldürəcəyik.

Dedim, öldürün

Gətirdilər məni əsirlikdə olan Ələmdar, Məhəmməd və Qaraş adlı insanların yanına saldırlar. Orada məni döydülər. Ələmdar, Məhəmməd və Qaraş məni tanımadı. Bir
Erməni həkim gizlicə istilik radiatorunun arxasına bir yod bankası atdı, bir az da bint, pambıq qoymuşdu.

təhər bunları başa saldım ki, mən sizin qohumunuzam. Erməni həkim gəlmişdi. Mənim yarama baxmağa qoymadılar. Erməni həkim gizlicə istilik radiatorunun arxasına bir yod bankası atdı, bir az da bint, pambıq qoymuşdu. Məni döyən zaman bir neçə dənə də yerə tökülmüş tabletkalar götürmüşdüm. Həmin tabletkaları da əzib tökdüm yod bankasına ki, səhər məni öldürməmişdən qabaq yodu içib ölüm. Bir damcı içmişdim ki, məni öskürək tutdu.

Sonra hamısını içdim, ölmədim

Məhəmməd kişi orada öldü. Qoca kişi idi. Onu da bərk döymüşdülər. O, su deyə
Dedim məni döyün, ona su verin.

zarıyırdı. Erməni gələndə dedim ki, ona su verin. Bu zaman erməni məni döydü. Dedi ki, onu çox istəyirsənsə ona su verək, əvəzində səni döyək. Dedim məni döyün, ona su verin. Gəldilər məni çıxarıb ploşadkada ağacla, dubinka ilə döydülər, əvəzində Məhəmmədlə, Qaraş kişiyə su verdilər.

Amma, mənə su vermədilər

Yod içəndən sonra erməni gözümə qaz püskürtdı. Döydülər huşum getdi, sonra yenə döydülər.

Sir-sifətim qan laxtaları, eybəcər formadayam

Beləcə də ayıldım. Deyiblər ki, martın 22-də axşam saat 5-6 arası gəlib məni aparıb öldürəcəklər. Ölüm vaxtıma bir neçə saat qalmış komandirləri Vitali girdi içəri mənim orta məktəb şəkilim əlində idi. Baxır mənə və şəkilə oxşamıram. Artıq dörd aydır saçıma-saqqalıma əl dəymir. Sir-sifətim qan laxtaları, eybəcər formadayam. Vitali şəkili verdi mənə, dedi ki, “ara, bax gör bu sənsən”.

Dedim bəli mənəm, O dedi ki, Hüseynov Valeh sənsən. Dedim bəli, çıxıb getdi.
Mən ölümümü gözləyirəm. Ağlıma heç nə gəlmirdi

Axşam tərəfi gəldilər ki, çıx. Elə bilirəm ölümə gedirəm, Ağrıları unutmuşam, həyəcan məni o qədər basıb ki, artıq özüm yeriyirəm. Havaya çıxanda yıxıldım. Məni oturdular bir UAZ avtomobilə. Gördüm qabaqda bir oğlan oturub, bir əlində avtomat, o biri əlində qranat var. Əlində hazır tutmuşdu. Dedilər tanıyırsan, dedim yox.

Dedilər o Ağdamdan Zahiddir

Dəyişmə vaxtı Zahid ölümünü gözünün qarşısına alıb keçirmiş erməni tərəfə, əvəzində
. Neçə illərdir ki, Zahidi axtarıram ki, heç olmasa ona bir minnətdarlıq edim.

bir erməni də Azərbaycan tərəfə gedirmiş. Neçə illərdir ki, Zahidi axtarıram ki, heç olmasa ona bir minnətdarlıq edim. Zahid mənə baxıb dedi ki, allaha şükür, narahat olma gedirsən. Mən ölüm gözləyirdim... Postları keçəndə gördüm ki, ermənilər dalımca əl edir. Onda bildim ki, məni aparırlar.

Gətirdilər Allahverdinin yanına,

allah rəhmət etsin. O cumdu erməniləri söydü ki, niyə bizim adamları bu günə
Üç erməni verdilər, məni dəyişdilər.

salırsınız. Üç erməni verdilər, məni dəyişdilər. İndi çox adamlara müharibə elə-belə gəlir.

Gətirdilər mənə orada bir kitel geyindirdilər. Lüt idim. Bir maykam var idi. İdman paltarı və kitel yaralarıma dəydi, qan açıldı, hər ikisi yapışdı bədənimə. Gələndə məni anama göstərməmək üçün, odeyala bükdülər. Həkimlər dedi ki, buna yemək vermək olmaz.

Mədə bitişib, qarnım kürəyimə yapışmışdı

Orada həmin paltarı çıxarıb yandırdılar. Bir həftə paltarsız qaldım. Ailəmiz paltar tapmaq imkanında deyildi, pul da yox idi. Sonra gülə-gülə deyirlər müharibə iştirakçısıdır, qaçqındır. Bəzilərinə gülməli görünür, asan gəlir. Atam bir həftədən sonra haradasan paltar tapmışdı. Paltarı geyindim xəstəxanaya apardılar.

Məni çimizdirmək də dəhşət idi

Su ilə kirim getmirdi, axırda marqanesli su ilə bədənimi təmizlədilər. Hamı deyirdi
Su ilə kirim getmirdi.

dirilməz, öləcək. Allaha qurban olum, ölüm onun əlindədir, ölmədim. Bədənimdə sağ yer yox idi, qırılmamış sümüyüm qalmamışdı.

Hazırda Goranboy rayonunda qaçqınlar üçün tikilən evdə yaşayıram,
dövlət işində işləyirəm 126 manat maaş alıram. Bir də gitaramı çalıram, sənətimlə ailəmi dolandırıram. Pensiya almıram. Neçə dəfə pensiya üçün müraciət etmişəm, düzəltməyiblər. İndi şəkər xəstəliyim də var, əsirliyin yaraları da davam edir. Mütəmadi olaraq ağrılarım qalxır, mənə dəhşətli əziyyət verir. Pensiya üçün elə şərtlər deyirlər ki, nə mənim o qədər vaxtım, nə də imkanım yoxdur.

Prezidentimizin xanımı özü məni çağırtdırıb, ona başıma gələnləri danışmışam. Qızı da məni Moskvaya apartdırıb. Allah onlardan razı olsun.

Xocalı dünyaya səs salmış bir faciədir

Lakin bu, giley olmasın, o faciə zamanı çoxlu insanların həyatını xilas etmişəm.
Bəziləri indilərdə mənə minnətdarlığını çatdırır.

Onların çoxunu tanımıram. Bəziləri indilərdə mənə minnətdarlığını çatdırır. Onları ölümdən xilas etdim, özüm əsir düşdüm, bu ağır həyatı yaşadım. İndi gördüyüm işlərin qabağında bu durumdayam. Əsirlikdə də mənə verilən bir damcı çayı yaralı Elxana verirdim, özüm su deyə dəmir qapını yalayırdım. Elxan Alazan atırdı, ermənilər bıçaqla yaralayıb, əsir götürmüşdü.

Xocalıların bir çoxunu iş adamları, varlı təşkilatlar, həmçinin xarici təşkilatlar himayəyə göstərib. Mənə isə indiyədək dövlət tərəfindən heç bir kömək olmayıb.

İncidiyim odur ki,

Xocalını, Dağlıq Qarabağı görmədən qaçqınlıq statusu almış adamlarla, mənə, əhalini xilas edib, əsir düşmüş insana fərq qoyulmur. Xocalının adından istifadə edib özünə şərait yaradanlar da çoxdur. Onlar bu saat şah kimi yaşayır, məni kimisi də gecə-gündüz sürünür.

Hər axşam evə girəndə anam ağlayır.

Çünki elə yorunuq oluram ki, şəkər də bir yandan, ailə də böyük.

Hərdən elə gəlir ki, mən Azərbaycan vətəndaşı deyiləm. İstifadə edənlər pensiya alır, mən isə heç bir yardım ala bilmirəm.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG