ABŞ Dövlət Departamenti Xocalı aeroportunun fəaliyyəti ətrafında vəziyyətin kəskinləşməsi ilə bağlı narahatlığını bir daha bildirib.
Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland cümə günü keçirilən ənənəvi brifinqdə bu mövzuya toxunub.
“ABŞ tərəfləri bu aeroportun fəaliyyətinə dair məsələlərin diplomatik həllini tapmağa çağırır. Bu zaman müvafiq beynəlxalq sazişlər, beynəlxal hüquq və
Ermənistanla Azərbaycan arasında mülki hava əlaqəsi məsələsində mövcud praktika nəzərə alınmalıdır”, - o vurğulayıb.