Accessibility links

Pavel Xodorkovski:" Atam Putinə əfvlə bağlı müraciət etməyəcək"


Həbsdə olan Rusiya oliqarxı Mixail Xodorkovskinin oğlu Amerikanın səsinə müsahibə verib

Rusiya oliqarxı, Yukos şirkətinin keçmiş prezidenti Mixail Xodorkovskinin oğlu Pavel Xodorkovski atasının prezident Vladimir Putinə əfvlə bağlı müraciət etməyəcəyini deyib. Amerikann səsinə müsahibə verən Pavel Xodorkovski bu yaxınlarda Rusiya prezideninin əfv haqda müraciətə baxa biləcəyilə bağlı açıqlamasını şərh edib.

“Atam belə bir müraciət etsə belə, onun təmin olunacağına inanmıram”-deyə Pavel Xodorkovski əlavə edib.

Nyu-Yorkda Müasir Rusiya institutunu təsis edən Pavel Xodorkovski bu günlər Amerika universitetlərində mühazirələrlə çıxış etməyə başlayıb.

ABŞ-da seçki kampaniyasının ən qızğın vaxtında Pavel Xodorkovski Amerika-Rusiya münasibətləri kontekstində Respublikaçılar partiyasının namizədi Mitt Romnini dəstəklədiyini gizlətməyib. O, ABŞ-ın hazırkı administrasiyasının Rusiya ilə münasibətdə iki istiqamətdə yürütdüyü siyasətin işləmədiyini deyib. O əlavə edib ki, bu prinsip bəzi qeyri-demokratik ölkələrə münasibətdə tətbiq edilə bilərdi, lakin Rusiyaya gəldikdə bu, zəiflik kimi qəbul edilir. “Hələ ki bu siyasətin Rusiyada insan hüquqları sahəsində vəziyyətə müsbət təsir etdiyini görmürük. İki ölkə arasında diplomatik münasibətlərdə müsbət təsir hiss olunur, lakin Rusiyada sosial sahədə heç bir təsir yoxdur”-deyə Pavel Xodorkovski bildirib.

Pavel Xodokosvki bildirib ki, onun atasının işi Rusiyada vətəndaş hüquqları və azadlıqlarının məhdudlaşdırılmasının başlanğıcı olub. O həmçinin qeyd edib ki, atasının əfvi ilə bağlı açıqlamanı prezident Putinin cəmiyyətin dəyişikliklər tələbi qarşısında məsuliyyəti üzərindən atması kimi qəbul edir.

“Atamı azad etmək və nümayişçilərin siyasi məhbusların azad edilməsi haqda tələbini yerinə yetirmək üçün əfv haqda müraciətə ehtiyac yoxdur”-deyə Pavel Xodorkovski Amerikanın səsinə bildirib.
XS
SM
MD
LG