Accessibility links

Medvedev Xodorkovskinin işinə yenidən baxılması haqda göstəriş verib


Rusiya prezidenti Dmitri Medvedev prokurorlara keşmiş neft maqnatı Mixail Xodorkovskinin işinə yenidən baxmaq haqda göstəriş verib.

Kremlin bu günkü qərarına əsasən, Xodorkovski və onun biznes üzrə tərəfdaşı Platon Lebedev, habelə başqa Rusiya vətəndaşları daxil olmaqla 32 işə yenidən baxılacaq. Qərar keçən ay müxalifət və etiraz aksiyalarının liderlərinin siyasi məhbus hesab edilən 32 adamın siyahısını prezidentə təqdim etdiyi görüşdən sonra çıxarılıb.

Moskvada Helsinki Qrupunun direktoru Lyüdmila Alekseyeva bunu mənsız jest kimi qiytmətləndirib. İnsan hüquqları fəalı bunu siyasi oyun adlandırıb.

Rusiyanın bir zamanlar ən zəngin adamlarından biri olan Xodorkovski 2003-cü ildə həbs edilərək, vergidən yayınmaq və fırıldaq ittihamları ilə məhkum olmuşdur. Onun həbs cəzası 2016-cı ildə bitməlidir. Xodorkovski və onun tərəfdarları ona qarşı ittihamların siyasi mahiyyət daşıdığını bildirir.

XS
SM
MD
LG