Rusiyanın neft maqnatı Mixail Xodorkovski 13 illik həbs cəzasının qalan müddətini çəkmək üçün koloniyaya göndərilib. Həbsxanaya göndərilməzdən əvvəl nə Xodorkovskinin həyat yoldaşına, nə də vəkilinə onunla görüşməyə icazə verilməyib. Xodorkovskinin hansı həbsxanaya göndərildiyi barədə də məlumat verilməyib. Rusiyada 753 həbsxana var.
Vergilərdən boyun açıqmaq və fırıldaqçılıq ittihamı ilə həbs edilən Xodorkovski və onun biznes partnyoru Platon Lebedevin azad edilmələri barədə müraciətləri rədd edilib.