Accessibility links

Azərbaycan konsulu Orxan Zeynalovla görüşüb


Orxan Zeynalov Rusiya daxili işlər nazirinin otağında
Orxan Zeynalov Rusiya daxili işlər nazirinin otağında

Zeynalov fiziki təsirlərə və ləyaqəti alçaldan digər amansız rəftar hallarına məruz qaldığını bildirib

Oktyabrın 22-də Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşmək üçün istintaq təcridxanasına buraxılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AzərTAc-a bildirblər ki, oktyabrın 22-də Azərbaycanın Rusiyadakı səfirliyinin Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyi diplomatik notalara və Rusiya İstintaq Komitəsinə göndərdiyi məktublara əsasən konsul Fuad Əliyev və səfirliyin müşaviri Ağalar Atamoğlanov Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşmək üçün Cəzaların İcrası üzrə Rusiya Federal Xidmətinin Moskva şəhər İdarəsinin 1 nömrəli istintaq təcridxanasına buraxılıb.

Görüşdə səfirliyin əməkdaşları O.Zeynalova onun hüquqlarını izah edib və söhbət zamanı bildiriblər ki, səfirlik onun mənafeyini müdafiə etmək məqsədi ilə vəkil V.Anikuşin və tərcüməçi D.Dadaşova ilə müqavilə bağlayıb.

O.Zeynalov saxlandığı gün, habelə istintaq təcridxanasında olduğu dövrdə ona qarşı fiziki təsir tədbirlərinin tətbiq edildiyini və əsassız olaraq ləyaqəti alçaldan digər amansız rəftar hallarına yol verildiyini bildirib.

Səfirliyin tapşırığı ilə vəkil V.Anikuşin kütləvi informasiya vasitələrinin yaydığı xəbərlər, o cümlədən videokadrlar, habelə O.Zeynalovun danışdıqları əsasında bədən xəsarətlərini aşkara çıxarmaq məqsədi ilə saxlanılanın müayinə olunması, ona qarşı fiziki təsir tədbirlərinin tətbiqi faktları üzrə xidməti araşdırma aparılması barədə bir neçə vəsatət qaldırıb, habelə onun barəsində qəti-imkan tədbirinin seçilməsinə dair apelyasiya şikayəti verib.

O.Zeynalovun nəzərinə çatdırılıb ki, səfirlik istintaqın obyektiv aparılmasını və məhkəmə instansiyalarında işə Rusiya Cinayət Məcəlləsi və Cinayət Prossesual Məscəlləsi çərçivəsində, Konsul əlaqələri haqqında 1963-cü il tarixli Vyana Konvensiyasının və Azərbaycan ilə Rusiya arasında bağlanmış 1995-ci il tarixli Konsul konvensiyasının müvafiq müddəalarını nəzərə almaqla baxılmasını təmin etmək üçün tədbirlər görəcəkdir.
XS
SM
MD
LG