Oktyabrın 22-də Azərbaycan parlamentinin plenar iclasında Moskvada Orxan Zeynalovun həbsi ilə bağlı məsələyə münasibət bildirilib.
Trend agentliyinin məlumatına görə, millət vəkili Fazil Mustafa miqrantlara qarşı Moskvada baş verən qeyri-qanuni təyziqləri pisləyərək buna qarşı digər ölkələrlə birgə fəaliyyət göstərməyi təklif edib.
Deputat vurğulayıb ki, xüsusən türkdilli ölkələr bu sahədə fəaliyyətlərini koordinasiya etməlidirlər, çünki Rusiyada yaşayan miqrantların əksəriyyəti məhz bu ölkələrdəndir:
"Biz yalnız birgə səylərimiz nəticəsində bu problemin daha effektiv formada həllinə nail ola bilərik".
Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, bu məsələyə ciddi reaksiya verilmədir, Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlamalıdır. Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində miqrantlara qarşı belə münasibət yoxdur.
S.Rüstəmxanlı Rusiyadakı azərbaycanlı milyarderlərin bu məsələyə laqeyd münasibətinə etirazını bildirib.
"Öz şəxsi biznes maraqları üçün həmin milyarderlər Vladimir Putinlə görüşüb, müzakirə edirlər. Lakin bu cür problem ortaya çıxanda onlar belə görüş keçirmirlər. Həmin şəxslərin imkanı var ki, Moskvada ən böyük bazarı tikərək bütün soydaşlarımızı oraya toplasın, iş versinlər".
Deputat Fəzail Ağamalı bildirib ki, Moskvada baş verən hadisələrin əsas məqsədi Azərbaycana siyasi təyziq edərək ölkəmizi Avrasiya İttifaqına cəlb etməkdir.
"Biz siyasi iradə nümayiş etdirərək Rusiyada yaşayan soydaşlarımızın yanında olduğumuzu göstərməliyik".
F.Ağamalı təklif edib ki, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupu bu məsələni diqqətdə saxlasın və həllinə töhfə versin.
Spiker Oqtay Əsədov millət vəkilləri tərəfindən qaldırılmış məsələyə münasibət bildirərək qeyd edib ki, Moskvada baş verən hadisələr həm dövlət, həm parlament səviyyəsində diqqətdə saxlanılır.
"Bu məsələ ilə dövlət də məşğuldur, parlamentlərarası əlaqələr üzrə işçi qrupu da məşğuldur".