Accessibility links

Azərbaycan yer səthini müşahidə peykini buraxacaq


Peyk
Peyk

“Spot7” müşahidə peykini “Azərkosmos” və Fransanın “Airbus Defence & Space” şirkəti orbitə çıxaracaq

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Fransanın “Airbus Defence & Space” şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində “Spot7” yer səthinin müşahidəsi üzrə peyki orbitə çıxaracaq. Bu barədə Rabitə və Yüksək texnologiyalar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, "Spot 7" peykinin orbitə buraxılması "Airbus Defence və Space" və "Azərkosmos" ASC arasında strateji əməkdaşlıq və peyklərdən birgə istifadəyə dair bu ilin mayında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində atılmış mühüm addımdır.

"Bununla yanaşı, qeyd etmək istərdim ki, "Azərkosmos" yer səthinin müşahidə peykinin istehsalı ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb. Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalına hesablanıb. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir", - deyə nazir bildirib.

XS
SM
MD
LG