Accessibility links

Azərbaycan ikinci telekommunikasiya peykini orbitə çıxarmağa hazırlaşır


Azərbaycan peyki
Azərbaycan peyki

Peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma bu ilin ortasında hazırlanacaq

“Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma cari ilin ortasında hazırlanacaq. Bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

“Azərkosmos” Açıq Tipli Səmdar Cəmiyyətindən (ASC) bildirilib ki, ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair Qrant Müqaviləsi imzalanıb, keçirilən müsabiqədə ABŞ-ın “Global Resources” şirkəti məsləhətçi şirkət seçilərək qalib elan edilib.

Bundan başqa, yerin müşahidə peyklərindən kosmik təsvirlərin əldə edilməsinə imkan verən stansiyanın qurulması və digər ölkələrin yüksək ayırdetməli optik və radar peyklərinin regionun üzərindən keçidləri zamanı həmin stansiya vasitəsi ilə təsvirlərin əldə edilməsi məqsədilə tenderin nəticələrinin qiymətləndirilməsi işləri aparılır:

“Bununla yanaşı, yüksək ayırdetməli peyk xidmətlərinin təchizatçıları ilə distribüter müqaviləsi əsasında 2013-cü ildən aidiyyəti dövlət qurumlarına optik və radar peyk təsvirlərinin kommersiya əsası ilə təchiz edilməsi imkanı yaradılıb. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması istiqamətində də işlərimizi davam edirik”, “Azərkosmos”dan bildirblər.

Qeyd edək ki, "Azerspace-1" 9 fevral 2013-cü ildə Kuru (Fransa Qvianası) kosmodromundan buraxılıb. "Azərkosmos" "Azerspace-1"dən $420 mln xalis mənfəət gözləyir. Hazırda “Azərspace-1” üzərindən 60-dan çox yerli və xarici televiziya kanalı yayımlanır.

"Azerispace-2" buraxılışı 2017-ci il üçün planlaşdırılıR.
XS
SM
MD
LG