Accessibility links

Kommersiya məqsədli fəza sənayesi [Video]


Kommersiya məqsədli fəza sənayesi
please wait

No media source currently available

0:00 0:03:30 0:00
Yeni il fəza iqtisadiyyatı üçün inkişaf vəd edir. ABŞ-da yerləşən Orbit Elmləri Korporasiyasıkeçən həftə Beynəlxalq Fəza Stansiyasına göndərilməsi nəzərdə tutulmuş səkkiz karqo yükündən birincisini Antares raketi vasitəsilə stansiyaya göndərdi.

Orbit Elmləri Korporasiyası ABŞ fəza agentliyi NASA ilə müqavilə bağlamış iki ozəl şirkətdən biridir. Şirkət Yer səthindən 400 kilometr yüksəkdə olan fəza stansiyasına təchizat daşınmasında iştirak edəcək.

Fəzaya ilk dəfə 30 il əvvəl peyk göndərmiş Arianespace raket şirkəti 2014-cü ilin rekordlar ili olacağna inanır.

Klayton Movri özəl Avropa fəza konsorsiumunun ABŞ filialının başçısıdır.

Klayton Movri: Keçən il biz səkkiz uçuş həyata keçirdik. Bu il biz rekordumuz 10 uçuşla yeniləmək istəyirik. Ümid edirik ki, bu il 13 uçuş həyata keçirəcəyik.

Movri deyir ki, raket uçuşlarının sayının artması fəza texnoloqiyalarına artan təlabatla bağlıdır. Bunlar ultra-yüksək keyfiyyətli translasiyadan tutmuş peyk qurğularına qədər müxtəlif əməliyyatları əhatə edir.

Ticarət məqsədli peyklərə ehtiyacın artmasına baxmayaraq, 2011-ci ildə NASA-nın fəzaya məkik proqramını qapatması fəza sektorunda çalışan insanlar üçün yaxşı olmayıb.

Beynəlxalq Uçuş Xidmətindən Canis Starzik, Vaşinqton Fəza Ticarəti Dəyirmi Masasında maarifləndirmə təşəbbüslərinə rəhbərlik edir.

Canis Starzik: Uçuş proqramının bağlanması fəza sənayesində böyük, çox böyük ixtisarlara səbəb oldu.

Hətta NASA-nın geri addım atmasına baxmayaraq, başqa ölkələr bu boşluğu doldurmağa tələsir.

Dekabr ayında Çin aya fəza gəmisi göndərən üçüncü ölkə oldu.
Bu ayın əvvəllərində Hindistan ilk rabitə peykini fəzaya göndərdi.

Danimarkada iki həvəskar fəzaya uçuşun münasib olduğunu sübut etməyə çalışırlar. İctimai ianələr sayəsində Kopenhaqen Suborbitalsın təsisçisi Kristian von Benqtson düzəldikləri roketi 100 kilometr fəzaya göndərməklə uşaqlıq arzularını həyata keçirməyə ümid edirlər.

Kristian von Benqtson: Hamı fəza uçuşunun ancaq milyard dollarla mümkün olduğunu və dövlətin maliyyələşdirdiyini düşünür. Mən ümid edirəm ki, biz bunun az büdcə ilə mümkün olacağını göstərəcəyik. Sən özün bunu bacararsan.

Kristianın hədəfi 2020-ci ildə fəzaya raket göndərməkdir.

Fəza Ticarət Dəyirmi Masa təşkilatının 2014-cü il üçün hədəfi daha çoxlu tələbənin fəza karyerasına marağını artırmaqdır.

Canis Starzik: Gənclərin mühəndislik, xüsusilə də fəza mühəndisliyi sahəsinə maraq oyatmaq bir çox ölkədə əsas problemdir.

Starzik deyir ki, raket uçuşlarına təlabatın artması yeni mütəxəssislərə təlabatı artıracaq.

Təşkilatın fəza akademiyası proqramına iştirak son üç ildə artıb. Bu isə bir daha göstərir ki, fəza elmlərində məhdudiyyət fəzanın özü qədər hüdudsuzdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG