Azərbaycanın mərkəzi icra qurumları üzrə 2013-cü ildə onlayn şəffaflığı üzrə orta informasiya açıqlığı 39% (ötən il 33.5 %), yerli icra qurumları üzrə 14 %-dir (ötən il 7%). Bu barədə Azərbaycan Multimedia Mərkəzinin 2013-cü il iyunun 1-dən 2014-cü ilin fevralınadək apardığı monitorinqin nəticələrində deyilir.
Multimedia Mərkəzi martın 4-də dövlət qurumlarında informasiya açıqlığı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. Təqdimat mərasiminə çoxsaylı dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, Ombudsman Aparatının nümayəndələri qatılıb.
Monitorinq 75 mərkəzi, 67 icra hakimiyyəti orqanının rəsmi internet saytını əhatə edib. Monitorinq bələdiyyə qurumlarını əhatə etməyib.
Onlayn şəffaflıq üzrə ən yuxarı 10 yer üzrə informasiya açıqlığı 65%, ən aşağı 10 yer üzrə isə 16% təşkil edib. Vergilər Nazirliyində informasiya açıqlığı 74%, Milli Təhlükəsizlik, Müdafiə nazirlikləri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar üzrə Dövlət Komissiyasında isə informasiya açıqlığı cəmi 13 faizdir. Yerli icra hakimiyyəti orqanlarında ən yüksək yeri Binəqədi rayon İcra Hakimiyyəti (22,5%) tutur. Ən aşağı göstərici isə Xızı rayon İcra Hakimiyyətidir (5,5% ).
“İcra hakimiyyəti orqanlarında ümumilikdə ən aşağı informasiya açıqlığı büdcənin xərclənməsi, tenderlər, işçilərin əmək haqları ilə bağlıdır”, Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz qeyd edib.
Onun fikrincə, dövlət qurumları of-layn xidmətlərin siyahısını açıqlamır.
“İlk öncə vətəndaş bilməlidir ki, dövlət qurumu hansı sahələrdə elektron xidmət göstərir. Nədənsə bu siyahıların açıqlanmasında xəsislik edirlər. Elə saytlar var ki, böyük dövlət vəsaiti xərclənib xidmət yaradılıb, ancaq ondan bir nəfər belə istifadə etməyib. Dövlət başçısı təsdiq edib ki, 428 xidmət sahəsi elektron xidmətə çevrilməlidir. Onlardan 120 ehtiyac olan xidmətlərdən yalnız 18-i üzrə elektron xidmət təşkil edilib. Hesab edirəm ki, 83 xidmət sahəsinin təşkili icbari olmalıdır”, Gündüz bildirib.
Ekspertlər informasiya ombudsmanı ilə bağlı qanunun qəbulundan 9 il keçməsinə baxmayaraq hələ də institutun təşkil edilmədiyini xatırladıb. Halbuki dövlət qurumlarının saytlarına informasiya ombudsmanı institutu nəzarət etməlidir.
“İnformasiya ombudsmanı institutuna hələ də büdcədən vəsait ayrılmır. Vəsait olmayandan sonra ombudsman necə fəaliyyət göstərə bilər”, media hüququ eksperti Ələsgər Məmmədli qeyd edib.
Ekspertlər eyni zamanda hesab edir ki, ictimai-sosial və kütləvi xidmətlər üzrə elektron xidmətlərin təşkili prioritet olmalıdır.
“Küçədən polis insanların avtomobilini cərimə meydançasına aparır, amma vətəndaş saatlarla avtomobilinin harada olduğunu axtarır. Halbuki 5 dəqiqə ərzində polis avtomobil sahibini xəbərdar edə bilər”, Osman Gündüz bildirib.
Çıxışlarda həmçinin elektron hökumət quruculuğundakı problemlərin əsasən məmur psixologiyası və qanunvericilik sahəsindəki boşluqlarla bağlı olduğunu deyib.
“Məsələn, Ədliyyə Nazirliyində qrantların reyestri varsa qrant qeydiyyatdan keçirilmiş hesab edilməlidir. İnsanlara əlavə problemlər yaradılmamalıdır”, “Şəffaflıq Azərbaycan” Təşkilatının rəhbəri Rəna Səfərəliyeva qeyd edib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun qənaətincə informasiya açıqlığı zəif olan qurumlarda korrupsiyanın səviyyəsi yüksək olur.
“Elə icra qurumları var ki, onların saytları yalnız qurumun rəhbərinin bayağı reklamı ilə məşğuldur”, o qeyd edib.
Ekspertlər həmçinin dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinin informasiya sahəsinin mütəxəssislərindən seçilməsinin vacibliyini önə çəkib.