Accessibility links

Davosda genişqolaqlı internetin inkişafı üzrə forum keçirilib


Genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu
Genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu

Forum Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə yaradılmış genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi forumu keçirilib.

Forum Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya İqtisadi Forumunun və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Rabitə və İnformasiya Texnologiuyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə 50 ölkənin dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Forumda Ruanda Prezidenti Pol Kaqame genişzolaqlı internetin müasir dünyadakı rolundan danışıb, bu istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığının, təcrübə mübadiləsinin zəruriliyini qeyd edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture rəhbərlik etdiyi təşkilatın genişzolaqlı internetin inkişafı istiqamətində apardığı işlərdən və bir sıra ölkələrin təcrübələrindən danışıb. Bu baxımdan Azərbaycan hökumətinin də ölkəni yüksək sürətli internetlə təmin edəcək təşəbbüsünü yüksək qiymətləndirib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunda qazanılmış uğurlardan, xüsusilə yüksək sürətli internetin inkişafından danışıb və bu Komissiya vasitəsilə müsbət təcrübə mübadiləsinin aparılacağını bildirib.

Tədbirin iştirakçıları genişzolaqlı internetin inkişafı ilə bağlı müzakirələrə qatılıb, bu istiqamətdə dövlət-özəl sektor platformasının tətbiqinin vacibliyini qeyd edib, bu forumun növbəti illərdə də bu formatda davam etdirilməsi tövsiyə olunub.
XS
SM
MD
LG