Accessibility links

Novruz Məmmədov: Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin mövqeyindən asılı olacaq


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Avqustun 10-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

Avqustun 9-da Azərbaycan və Rusiya Prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcək. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Twwitter səhifəsində yazıb.

Onun sözlərinə görə, avqustun 10-da Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. “Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcəkdir. Danışıqlarda irəliləyiş Ermənistan prezidentinin konstruktiv mövqe tutmasından asılı olacaqdır”, Məmmədov qeyd edib.

İki ölkə prezidentinin görüşü Ermənistan-Azərbaycan sərhədində gərginliyin davam etdiyi vaxta təsadüf edir. Gərginlik nəticəsində hər iki tərəf itki verib.

XS
SM
MD
LG