Accessibility links

“Əvvəlki atışmalardan əsər-əlamət qalmayıb” [Audio]


Reportyor Ramin Deko cəbhə xəttində
Reportyor Ramin Deko cəbhə xəttində

“Əvvəlki atışmalardan əsər-əlamət qalmayıb, son iki gündə intensiv şəkildə atışma olmayıb”. Bu sözləri Amerikanın Səsinə Ağdam rayonunun Çıraqlı kəndindən açıqlama verən reportyor Ramin Deko deyib. Avqustun 1-dən cəbhə bölgəsinə yollanan jurnalist Çıraqlı kəndi ilə yanaşı, Ağdamın Mirəşəli, Təzəkənd kəndində, Quzanlı qəsəbəsində, eləcə də, Qazağın Quşçu Ayrım və Tərtərin Qafanlı kəndində olub.

please wait

No media source currently available

0:00 0:06:31 0:00
Direct link

O, getdiyi yerlərdən yalnız Quşçu Ayrım kəndinin sakinlərinin təşviş içərisində olduğunu deyir. “Məlumat yayılmışdı ki, artıq iki kənd - Ağdamın Bayramlar və Yusifcanlı kəndləri işğaldan azad olunub. Ağdama qayıtmalı olduq. Məlum oldu ki, deyilən məlumatlar həqiqətə uyğun deyil. Çünki biz Yusifcanlıya gedə bilmədik. Bayramlar kəndinə qonşu Çıraqlı və eləcə də Mirəşəli kəndinin sakinləri ilə söhbət etdik. Onlar bizə dedilər ki, belə bir şey yoxdur, heç bir kənd işğaldan azad edilməyib” – deyə Ramin Deko bildirib.

Jurnalistlərin hərbi hissələrə buraxılmadığını söyləyən reportyor deyir ki, avqustun 4-dək atəşkəs hər 10-15 dəqiqədən bir pozulsa da, indi 5-6 saatda bir belə hadisə baş verir. Onun sözlərinə görə, heç bir kəndin sakinləri evlərini tərk etməyib. Ramin Deko sadəcə xəstə və atışma səsində qorxan körpələrin daha təhlükəsiz yerə aparıldığını bildirir. Cəbhə bölgəsində nələr baş verdiyini daha ətraflı öyrənmək istəyirsinizsə, Ramin Deko ilə müsahibənin audio-yazısına qulaq asa bilərsiniz.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG