Accessibility links

NATO Xost şəhərində altı nəfəri öldürüb


NATO Xost şəhərində altı nəfəri öldürüb
NATO Xost şəhərində altı nəfəri öldürüb

Əfqanıstanın şərqində NATO qüvvələri hərbi əməliyyat zamanı altı nəfəri öldürüblər. Bu arada BMT-nin açıqladığı hesabatda deyilir ki, bu il Əfqanıstanda öldürülən mülki vətəndaşların sayı ötən ildəki göstəricini üstələyir.

Əməliyyatın keçirildiyi Xost şəhərində sakinlər nümayiş keçiriblər. NATO əməliyyatın Haqqani milityantlarına qarşı aparıldığını bildirərək mülki vətəndaşlar arasında baş vermiş itkilər haqda məlumata malik olmadığını deyib.

Bu arada BMT-nin Əfqanıstandakı missiyası bu ilin ilk altı ayında 1400 mülki vətəndaşın öldürüldüyünü xəbər verib. Ölümlər atışmalar, yolkənarı bomba partlayışları, intiharçı hücumlar və NATO hava zərbələrinin çoxalması ilə əlaqələndirilir.

Hesabatda mülki vətəndaşlar arsında ölümlərin 80 faizi qiyamçı hücumları ilə izah olunur. Xarici və hökumət qüvvələri ölümlərin 14 faizinə görə məsuliyyət daşıyır.

XS
SM
MD
LG