Accessibility links

Fransa Əfqanıstandan min əsgərini çıxarmağa hazırlaşır


Fransa Əfqanıstandan min əsgərini çıxarmağa hazırlaşır
Fransa Əfqanıstandan min əsgərini çıxarmağa hazırlaşır

Fransa 2012-ci ilin sonuna qədər Əfqanıstandan min əsgərini çıxaracağını elan edib. Fransa prezidenti Nikola Sarkozi bu açıqlamanı Əfqanıstana əvvəlcədən elan edilməmiş səfəri zamanı verib. O əlavə edib ki, ölkədə Fransa hərbi qüvvələrinin qeyri-müəyyən qalması məsələsi heç vaxt gündəmdə olmayıb. Prezidenti Sarkozi Əfqanıstan prezidenti Həmid Karzai və ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Deyvid Petreasla danışıqlardan sonra müxbirlərin suallarını cavablandırıb. Fransanın Əfqanıstanda 4 min nəfərdən ibarət əsgəri qüvvəsi var. 2001-ci ildə Əfqanıstanda müharibə başlayandan Fransanın 64 əsgəri həyatını itirib.

XS
SM
MD
LG