NATO-nun bəzi bölgələrdə təhlükəsizliyi yerli qüvvələrə təhvil verməyə hazırlaşdığı bir məqamda Əfqanıstanın cənubunda yeddi polis zabiti öldürülüb.
Rəsmilər zabitlərin Helmənd vilayətinin Ləşkər Gah məntəqəsində öldürüldüklərini bildirib.
ABŞ generalı Deyvid Petreus bu günlərdə Əfqanıstandakı Amerika və koalisiya qüvvələrinin komandanlığını sona yetirib.
ABŞ generalı John Allen əfqan paytaxtı Kabildə keçirilən mərasimdə komandanlığı Petreusdan təhvil alıb.