Accessibility links

Həmid Karzay qardaşının dəfnində iştirak edib


Həmid Karzay qardaşının dəfnində iştirak edib
Həmid Karzay qardaşının dəfnində iştirak edib

Əfqanıstan prezidenti Həmid Karzay minlərlə adama qoşularaq qardaşının dəfn mərasimində iştirak edib.

Əhməd Vəli Karzay dünən Qəndəhar şəhərindəki evində cangüdənlərindən biri tərəfindən qətlə yetirilib. Sərdar Məhəmməd kimi müəyyən edilmiş hücumçu sonra başqa cangüdənlər tərəfindən öldürülüb.

Taliban sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürüb.

Həmid Karzay Talibanı zorakılqılara son qoymağa çağırıb.

Rəsmilər aydın etməyiblər ki, Vəli Karzayın qətli daxili çəkişmə yaxud Taliban qiyamçıları ilə əlaqədardır.

Helmənd vilayətinin qubernatoru dəfn mərasimində gələrkən yolda onun konvoyuna qarşı bomba hücumu törədilib, lakin qubernator xəsarət almayıb.

ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandanı General Deyvid Petreus Vəli Karzayın qətlini pisləyərək, NATO-nun əfqan hökumətinə günahkarları cinayət məsuliyyətinə cəlb etməkdə yardım edəcəyini söyləyib.

XS
SM
MD
LG