Accessibility links

Natiq Kərimov: Biz qanuna tabeyik - problem danışıqla həll olunmalıdır [Audio-müsahibə]


Natiq Kərimov
Natiq Kərimov

Nardaran Ağsaqqallar Şurasının sədrinin Amerikanın Səsinə müsahibəsi

Nardaranda aksiya başa çatıb
Nardaranda aksiya başa çatıb

Noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı “İmam Hüseyn” meydanında keçirilən toplantılara son verilib. Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqqında qərar qəbul edib. Sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib. Bazar ertəsi meydanın yuyulub-təmzilənməsi üçün Sabunçu rayon icra hakimiyyətinə müraciət edilib. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:05:58 0:00

Onun sözlərinə görə, bu addımlar gərginliyin aradan qaldırılması, məsələləri danışıqlar yolu ilə qaydasına salmaq istəyinin nümayişidir.

Nardaranda aksiya başa çatıb
Nardaranda aksiya başa çatıb

“Nardaran pirinə ziyarətə gələn, amma hadisələrlə bağlı kəndi tərk edə bilməyən 200-300 zəvvar da yola salınıb. Bütün bu işlərdə Şuraya yardımçı olan rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına və sakinlərə minnətdarıq”.

O, hələ də kəndə elektrik enerjisinin verilməsinin bərpa edilmədiyini deyib.

“Hadisələrlə bağlı kəndin giriş-çıxışındakı polis postlarının qalmasına hər hansı ehtiyac yoxdur. Sakinlərin normal həyata qayıtmaları üçün bu postların götürülməsi lazımdır, hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Qanunu pozmaq istəyənlər olsa bunun qarşısını kənd əhalisi və Şura ala bilər”.

Nardaranda aksiya başa çatıb
Nardaranda aksiya başa çatıb

O deyib ki, hadisələr zamanı həlak olanların meyitlərinin dəfn üçün ailələrinə verilməsi lazımdır.

“Bu addım gərginliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir”.

Bundan əlavə, hadislər zamanı nə qədər insanın həbs edilməsi, yaralı olması haqda dəqiq məlumat yoxdur.

“Ailələri yaralıların yanına buraxılmalı, həbs edilənlər vəkillərlə təmin olunmalıdırlar. Baş vermiş hadisələrin araşdırılması, mahiyyətin üzə çıxarılmasında biz də maraqlıyıq. Amma istintaq obyektiv, qərəzsiz və həbs edilənlərin ailələrinin istədiyi vəkillərin iştirakı ilə aparılmalıdır”.

Nardaranda aksiya başa çatıb
Nardaranda aksiya başa çatıb

Ağsaqqallar Şurasın sədri deyib ki, kənd camaatı hər cür qarşıdurmanın, vətəndaşlara qarşı zor tətbiqinin əleyhinədir.

“Zoru, gücü ancaq ölkənin düşmənlərinə göstərmək olar, bir-birimizlə danışmaq üçün dil var, nitq var, dialoq var. Biz qanunlara və hökumətə tabeyik. Heç kim qanunları pozmamalıdır”.

Onun fikrincə, hadisələrlə bağlı kəndə verilən elektirikin borc adı ilə kəsliməsi qanunun pozulmasıdır.

“Elektirik olmaması üzündən kənddə poçt xidməti, xəstəxana, məktəblər, digər orqan və qurumlar normal fəaliyyət göstərə bilmirlər. Odur ki, normal həyat şəraiti bərpa olunmalıdır. Xəstəxanada elektirik olmaması üzündən xəstələrlə bağlı gözlənilməz hadisə baş verərsə, bunun məsuliyyətini düşünmək lazımdır”, Kərimov qeyd edib.

XS
SM
MD
LG