Accessibility links

Məhkəmə müxalifət fəallarının şikayətini təmin etməyib


Kəmalə Bənənyarlı
Kəmalə Bənənyarlı

AXCP fəalı Kəmalə Bənənyarlı və Müsavat Partiyası başqanının müşaviri Tural Abbaslı apellyasiya şikayəti vermişdi

Bu gün Bakı Apellyasiya Məhkəməsi NİDA fəalları barəsində hökmə qarşı aksiyada iştiraka görə 30 və 15 gün müddətinə icbari qaydada həbs edilmiş AXCP fəalı Kəmalə Bənənyarlının və Müsavat Partiyası başqanının müşaviri Tural Abbaslının apellyasiya şikayətlərini təmin etməyib.

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, məhkəmə Bənənyarlının Nəsimi rayon polis şöbəsində işgəncəyə məruz qalması haqqında şikayətini diqqətə almayıb.

Onun sözlərinə görə, fəalın vəziyyəti ağır olaraq qalır və ona səmərəli tibbi yardım göstərilmir. Vəkil hesab edir ki, Bənənyarlı, çox güman ki, döyülmə zamanı beyin silkələnməsi baş verib və təcridxanada müalicəsi mümkün deyil.

Mayın 6-da NİDA fəallarının mühakimə edilməsinə qarşı etiraz aksiyasında iştiraka görə ümumilikdə 5 nəfər inzibati qaydada həbs edilib.
XS
SM
MD
LG