Hazırda inzibati həbsə məhkum edilənlərin Binəqədi müvəqqəti saxlama təcridxanasında saxlanan AXCP fəalı Kəmalə Bənənyarlının səhhəti ağır olaraq qalır. Bu barədə vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib.
Onun sözlərinə görə işgəncələrə məruz qalmış Bənənyarlının başında şişlər hələ də qalmaqdadır. Onun başı gicəllənir.
Vəkil bildirib ki, həkimlərin K.Bənanyarlının yanına gəlməsi formal xarakter daşıyır və onun əsl vəziyyətini xəstəlik kitabında qeyd etmək istəmirlər.
Mustafayev Bənənyarlının işgəncəyə məruz qalması ilə bağlı daxili araşdırma aparılması üçün müraciət edəcək və bunun nəticəsi olmazsa məhkəmədə iddia qaldıracaq.
Vəkilin sözlərinə görə Bənənyarlının durumu ilə bağlı ombudsman aparatı və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi təcridxanada monitorinq aparıb.
Ə.Mustafayev Binəqədi təcridxanasında saxlanan Müsavat Partiyası sədrinin müşaviri Tural Abbaslının işgəncəyə məruz qalması və cəza kamerasına salınması ilə bağlı yayılan məlumatları təkzib edib. “Bunlar yalan məlumatlardır. Mən mayın 12-də Tural Abbaslı ilə görüşmüşəm. O mənə bu barədə heç nə deməyib”, o qeyd edib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti Kəmalə Bənənyarlının işgəncəyə məruz qalması ilə bağlı məlumatları təkzib edib.
Kəmalə Bənənyarlı və Tural Abbaslı mayın 6-da NİDA fəallarının həbsi ilə bağlı məhkəmə hökmünə etiraz aksiyası zamanı saxlanıb. Məhkəmənin qərarı ilə Bənənyarlı 30, Abbaslı isə 20 sutka inzibati qaydada həbs edilib.