Rusiya təyyarəsinin keçən həftə Sinay yarımadası üzərində qəzaya uğramasına bombanın səbəb olması ilə bağlı işarələrin artmasına baxmyaraq, Misir təhqiqat komandasının başçısı müəyyən nəticəyə gəlinmədiyini deyib.
Təyyarənin uçuşunun yazılarında izah edilməyən səs qeydə alınsa da, Misirin baş təhqiqatçısı Ayman Əl-Müqəddəm bildirib ki, onun komandası səsin partlayış, ya da başqa səs olduğunu müəyyən etməyib.
Müqəddəm deyib ki, Qırmızı dənizdə Şərm Əl-Şeyx kurortundan Sank Peterburqa uçan aerobusun havaya qalxmasından 23 dəqiqə 14 saniyə sonra təyyarənin uçuşu ilə bağlı qeydlər dayandıb. Bu vaxt təyyarə avtopilot rejiminə keçib.
Təyyarənin dağıntıları yerdə 13 kilometrlik ərazidə yayılıb, bu isə onun havada dağıldığına işarə edir.
Müqəddəm səsin xarakterinin müəyyən edilməsi üçün xüsusi laboratoriyalarda təhlillər aparılcağını bildirib. Onun sözlərinə görə, təhqiqatçılar təyyarənin uçuş qeydlərinin bir hissəsini təhlil edib.
Bununla yanaşı, rəsmilər Şərm Əl-Şeyx hava limanında yerləşdirilmiş kameralarda çəkilmiş video görüntüləri nəzərdən keçirərək, təyyarənin uçuşundan öncə şübhəli fəaliyyətlərin olub-olmadığını müəyyən etməyə çalışır.