Birləşmiş Ştatlar və Britaniya rəsmilərinin dediyinə görə, keçən həftə Misirin Sinay yarımadasında 224 nəfərin ölümü ilə nəticələnən Rusiya təyyarəsinin qəzaya uğramasına bombanın səbəb olduğu etimalı yüksəkdir. Lakin Rusiya və Misir rəsmiləri bununla bağlı heç bir dəlil olmadığını deyərək, bu iddianı rədd edir.
Bu arada Britaniyanın xarici işər naziri Filip Hammond insanların Misir kurortundan evlərinə təhlükəsiz qayıdacaqları ilə bağlı bu gün razılıq əldə edildiyini bildirib.
İslam Dövləti təyyarə qəzasının məsuliyyətini üzərinə götürsə də, indiyədək bunu isbat edəcək heç bir dəlil göstərməyib.
Misir prezidenti Əbül Fəttrah Əl-Sissi isə bunun Misirdə təhlükəsizlik və sabitliyə zərər vurulduğunu deyərək, İslam Dövlətinin iddiasını rədd edib.