Accessibility links

Minsk qrupunun həmsədrləri Bakıya gəlir


ATƏT-bayraq
ATƏT-bayraq

Amerikanın Azərbaycandakı səfiri ümidvardır ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftənin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə Amerikanın Səsinə diplomatik mənbələrdən bəlli olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti amerikalı həmsədr Ceyms Uorlikin gələn həftənin əvvəlində Bakıya gələcəyini Amerikanın Səsinə təsdiq edib.

Həmsədrlər səfər zamanı rəsmi şəxslərlə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparacaq.

atırladaq ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda səfərdə olub.

Bu həftənin əvvəlində Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində deyib ki, Amerika münaqişənin həll olunmasına sadiqdir.

“Dövlət katibi Kerri bu məsələ ilə çox yaxından maraqlanır, bu işin həll olunmasını çox istəyir və maraqlıdır. Bizim yeni həmsədrimiz var. Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir, yeni yanaşma sərgiləyir. Mən bunu ona görə deyirəm ki, cənab Uorlikin Bakıda prezident və xarici işlər naziri ilə iki görüşündə iştirak etmişəm. Düşünürəm ki, o da, biz də Ermənistanda və Azərbaycanda seçkilərin başa çatmasından sonra bir fürsətin yaranmasını görürük. Ümidvarıq ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq. Biz əlimizdən gələni edəcəyik, Minsk qrupu vasitəsi ilə səylərimizi davam etdirəcəyik və səfir Uorlikin səyləri vasitəsi ilə yeni yaradıcı yanaşmalar vasitəsi ilə ümidvarıq ki, bütün bunların vasitəsi ilə hazırkı ölü nöqtədən, dalandan məsələnin irəli getməsinə, irəliləyişin əldə edilməsinə nail olacağıq”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG