Accessibility links

Müdafiə Naziri yeni amerikalı həmsədri qəbul edib


Müdafiə Naziri yeni amerikalı həmsədri qəbul edib
Müdafiə Naziri yeni amerikalı həmsədri qəbul edib

“Dağlıq Qarabağ münaqişəsində təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır”, Azərbaycan Müdafiə naziri deyib

Sentyabrın 9-da Müdafiə naziri Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.

Bu barədə Amerikanın Səsinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Səfər Əbiyev amerikalı həmsdərə Minsk qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etmədiyini bildirib.

“Əvəzində işğalçı ilə zərər çəkən tərəf çox zaman bərabər tutulub ki, bu da olduqca acı təəssüf doğurur. Münaqişə ilə bağlı Azərbaycan dəfələrlə öz ədalətli mövqeyini ortaya qoysa da lakin nədənsə bu gün də bir biganəliyin şahidiyik”, Səfər Əbiyev vurğulayıb.

Müdafiə naziri BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin 907-ci düzəlişin yaratdığı maneələri də görüş zamanı xüsusi vurğulayıb.

Onun fikrincə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini deyən həmsədr Ceyms Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG