Lənkəran Rayon Məhkəməsinin hökmü ilə “Xural” qəzetinin əməkdaşı Aydın Canıyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (xuliqanlıq) ilə təqsirli bilinib. Prokuror məhkəmədən jurnalistə 4 il həbs istəsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb.
A.Canıyev bu il avqustun 8-də saxlanıb. Sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiridir. Cənab Canıyev, bu il avqustun 6-da “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı məqalə ilə çıxış edib və bundan sonra barəsində xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb.