Accessibility links

Manas Çamlı: İranda hakimiyyət radikallaşmağa doğru gedir [Audio-Müsahibə]


Manas Çamlının söylədiklərinə görə, prezident Trampın nüvə sazişindən çıxma qərarından sonra İranda tədricən dərinləşən siyasi-iqtisadi böhran İslam Respublikasının bundan əvvəl yaşadığı böhranları adlayır. Ankarada yaşayan türk fəal Amerikanın Səsi ilə müsahibədə deyir ki, hazırkı böhranlar İran İslam Respublikasındakı mühafizəkar qanadı daha da radikallaşmağa sövq edə bilər.

Manas Çamlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:09 0:00

Manas Çamlı prezident Trampın ABŞ-ın sazişdən çıxma qərarının açıqlanmasından sonra sazişin taleyi ilə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü önə çəkir.

Qərarın yaratdığı siyasi gərginlik İranın iqtisadiyyatı üzərində də təsirini göstərib.

O, həmçinin İran və ABŞ arasında bağlı qapılar araxasında bəzi müzarikələrin aparılması ehtimalından söz açır.

“İndiki vəziyyət negativ bir durğunluq yönündədir. Yəni vəziyyətin daha pisə getməsi və gərginliyin artması istiqamətində... Amma prezident Ruhaninin İranda ABŞ-ın maraqlarını qoruyan İsveçrəyə səfəri də göstərir ki, qapalı qapılar ardında bəzi müzakirələr aparılır,” Çamlı söyləyir.

Türk fəal əlavə edir ki, ABŞ-ın nüvə sazişindən “çıxma qərarından sonra gündəmə gələn sanksiyalar hələ tam olaraq həyata keçirilməyib. Başqan Tramp demişdi ki, İran doğru xəttə gəlməsə tarixin ən ağır sanksiyalarını həyata keçirəcəyik. Amma qərarın yaratdığı siyasi gərginlik İranın iqtisadiyyatı üzərində də təsirini göstərib.”

Hər bir diktator sistem sonunu gördüyündə daha da radikallaşar. Məncə İran hakimiyyəti də tədricən daha radikallaşmağa doğru gedir.

“Bu qərarın müstəqim təsirlərinin ortaya çıxması uzun sürər. İllər sürməsə də, bir iki il, ya aylar sürər. Hələ bir şey olmayıb ki. Başqan Tramp bir neçə həftədir ki, qərarı açıqlayıb,” deyə Çamlı ifadə edir.

Manas Çamlının sözlərinə görə, hazırkı iqtisadi-siyasi böhranlar mühafizəkar qrupların daha da radikllaşmasına səbəb olacaq.

“İran hakimiyyətinin müxtəlif qatlarında, daha mühafizəkar və daha ideoloji qruplar mövcuddur. Bunlar daha mötədil bir xəttdə yürüməkdə olan reformçu cəbhəni bir dəfəlik bitirmək istəyirlər... Hər bir diktator sistem sonunu gördüyündə daha da radikallaşar. Məncə, İran hakimiyyəti də tədricən daha radikallaşmağa doğru gedir..,” Çamlı əlavə edir.

XS
SM
MD
LG