Accessibility links

İran prezidentinin Avropa səfərinin ikinci dayanacağı Avstriyadır


İran prezidenti Avropa səfərinin ikinci dayanacağı Avstriyadadır. Həsən Ruhani 2015-ci il nüvə sazişinin müdafiəsi məqsədi ilə turneyə çıxıb.

Prezidentin səfəri İran diplomatının Parisdə bomba hücumu planlaşdırdığında ittiham edilməsi vaxtına təsadüf edib.

İqtisadi əməkdaşlığın genişləndirilməsi ümidi ilə Ruhani İran sazişinin imzalandığı Vyanaya gedib. Ruhani deyib ki, razılığı imzalayan tərəflər İranın maraqlarını təminat altına alacaqlarsa, İran sazişdə qalacaq.

Birləşmiş Ştatlar İranın enerji və bank sektorlarına yenidən sərt sanksiyalar tətbiq etməyi nəzərdən keçirir və İran hökümətinin “normal ölkə” kimi davranmalı olduğunu deyir.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatları may ayında razılıqdan geri çəkib və digər ölkələrə xəbərdarlıq edib ki, İran iqtisadiyyatının sanksiya tətbiq olunan sektorları ilə ticarət aparsalar, onlar da sanksiyalarla üzləşə bilər.

Birləşmiş Ştatlar, Britaniya, Rusiya, Fransa, Çin, Almaniya və Avropa İttifaqı da daxil olmaqla dünya qüdrətləri 2015-də İranla nüvə proqramının məhdudlaşdırılmasına dair razılıq əldə edib.

Ruhaninin səfəri İranda pisləşən intisadi vəziyyətə görə etirazların olduğu vaxta təsadüf edir.

XS
SM
MD
LG