İran prezidenti Mahmud Əhmədinejad baş örtüyü qadağasına görə dünya futbol federasiyası – FİFA-nın üzvlərini dictator adlandırıb. Bu qadağa İranın qadınlardan ibarət futbol üzrə yığma komandasının Olimpiya oyunlarının seçmə oyunlarında iştirakının qarşısını alıb.
Cənab Əhmədinejad deyib ki, o, ölkənin idman rəsmilərinə FİFA məsələsini izləməyi tapşırıb. Təşkilat 2012-ci il Yay Oplimpiya Oyunları çərçivəsində İranla İordaniya arasında oyunu ləğv edib. Buna səbəb İran rəsmilərinin qadın futbolçuların baş örtüklərinin baş örtüklərini çıxarmalarına icazə verməməsi olub.
Bu gün FİFA qərarı dəstəkləyərək İran rəsmilərinə oyundan əvvəl xəbərdarlıq göndərildiyini bildirib.