Accessibility links

Liviya müxalifəti Qəzzafinin həbsi üçün mükafat elan edib(YENİLƏNİB)


Liviya müxalifəti Qəzzafinin həbsi üçün mükafat elan edib(YENİLƏNİB)
Liviya müxalifəti Qəzzafinin həbsi üçün mükafat elan edib(YENİLƏNİB)

Liviya müxalifəti Liviya lideri Müəmmar Qəzzafinin ələ keçirilməsi üçün 1 milyon 670 min dollar məbləğində mükafat təklif edir. Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlil şuranın iş adamlarının mükafat təklifini dəstəklədiyini bildirib.

Mükafat təklifi üsyançıların Qəzzafinin Tripolidəki istehkamına dünən hücum etdikdən sonra orada yenidən döyüşlərin getdiyi vaxt elan edilir. Qəzzafinin istehkamının ələ keçirilməsini təntənə edən üsyançılar və Qəzzafi tərəfdarları arasında ara-sıra atışmalar baş verir.

Qəzzafi əleyhdarı qüvvələrin komandiri Ənis Əlşərif Amerikanın səsinə bildirib ki, müxalif qüvvələr və hökumətə sadiq qüvvələr arasında Tripolinin bəzi yerlərində döyüşlər davam edir.

Milli Keçid Şurasının üzvü Əbubəkr Baari Benqazi şəhərindən Amerikanın səsinə verdiyi müsahibədə deyib ki, şura Qəzzafidən sonrakı dövrdə təhülkəsizliyin bərqərar olması, Liviya xalqının ən ümdə ehtiyaclarının təmin olunması və kelid dövrü parlamenti ilə iş birliyi qurmaq kimi prioritet məsələlərlə məşğul olmağı planlaşdırır.

Cənab Qəzzafinin harada olduğu məlum deyil. Lakin ABŞ rəsmiləri onun hələ də Liviyada olduğuna inandıqlarını bildirir. Cənab Qəzzafi bu gün yerli televiziyada xalqa müraciət edərək, NATO-nun onlarla hava hücumundan sonra taktiki manefvr olaraq, Bəb əl-Əziziyyə bazasından çıxdığını deyib.

XS
SM
MD
LG