Britaniya hökuməti Liviya üsyançılarına Müəmmər Qəzzafi və onun yaxın çevrəsinin üzvlərini yaxalamaqda yardım etdiyini deyir.
Britaniya müdafiə naziri Liam Foks deyib ki, NATO axtarışa yardım etmək üçün üsyançılara kəşfiyyat məlumatları və ləvazimat ötürməkdədir.
Müxalifət qüvvələri indi ölkənin 90 faizinə nəzarət edirlər, amma Qəzzafinin harada olduğu bəlli deyil. ABŞ rəsmiləri onun hələ də Liviyada olduğuna inanırlar.
Milli Keçid Şurasının lideri Mustafa Əbdül Cəlil Qəzzafinin tutulmasını sürətləndirmək üçün pul mükafatı müəyyən edib.