AXCP sədri Əli Kərimli Amerikanın Səsi ilə müsahibədə günün olaylarına reaksiya verib. Onun sözlərinə görə bu dəfəki aksiyada polis nümayişçilərlə daha çox qəddarlıqla davranıb. Xalq Cəbhəsi Partiyasının rəhbəri aksiyaya gələn vətəndaşlara təşəkkür edib. Əli Kərimli mübarizənin dinc xarakter daşıdığını vurğulayaraq ölkədə demokratiyanın bərqərar olacağını deyib.