Bazar günü İctimai Palata Bakıdakı Nərimanov kinoteatrı qarşısında hökumətlə razılaşdırılmamış mitinq keçirməyi planlaşdırır. Azərbaycan rəsmiləri və hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri aksiyaya yol verilməyəcəyini bəyan ediblər. İctimai Palatanın liderlərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibədə planlaşdırlan aksiyanın məramlarından, müxalifətçilərə qarşı həbs kampaniyasından və ictimai narazılıqdan söz açır.