BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan Suriya prezidenti Bəşar Əl-Əsədlə görüşündən sonra zorakılıqlara son qoyulmasına dair müzakirələrin pozitiv keçdiyini bildirib. Səfərinin ikinci günü Annan prosesin asan olmayacağını etiraf edib. Kofi Annan Əsədə konkret təkliflər irəli sürdüyünü və müxalifətə qarşı hücumların dərhal dayandırılmasını tələb etdiyini bildirib. Suriya prezidenti sülhün bərqərar edilməsi üçün bütün səyləri dəstəkləyəcəyinə vəd verib.
Müxalifət hökumətlə müzakirələri rədd edir. Sabah Nyu-Yorkda Rusiya və ABŞ diplomatları Suriya böhranını müzakirə etməlidir.
Suriya qüvvələri isə müxalifət döyüşçülərə qarşı hücumları davam etdirir. Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hökumət əsgərlərinin İdlib vilayətinə hücumu nəticəsində 90-dan çiox adam öldürülüb.