Accessibility links

Suriyanın neft nazirinin müavini olduğunu iddia edən şəxs istefa verdiyini bəyan edib


Suriyanın neft nazirinin müavini olduğunu iddia edən şəxs YouTube vasitəsi ilə yayımlanan videoda istefa verdiyi və müxalifətə qoşulduğunu bəyan edib. Özünü Abdo Hüsaməddin adlandıran həmin şəxs 33 il hökumətə xidmət etdiyini və artıq Əsəd rejiminin cinayətlərində iştirak etmək istəmədiyini bildirib. Təsdiq edildiyi təqdirdə, o, hökuməti tərk edən ən yüksək səlahiyyətli rəsmi olacaq.

Avqust ayında Həma vilayətinin baş prokuroru istefa vermişdi. Lakin hökumət onun oğulanaraq, buna məcbur ediliyini bildirmişdi.

Bu arada, BMT-nin humanitar yardım proqramının rəhbəri Suriya rəsmiləri ilə görüş keçirməlidir. Dünən həmin vilayətə səfər edən BMT nümayəndələri bölgənin bəzi hissəslərinin tamamilə dağıdıldığı və əhalinin çox hissəsinin oranı tərk etdiyinin şahidi olmuşdu.


XS
SM
MD
LG