Accessibility links

Bəşar Əl-Əsəd mayın 7-də parlament seçkiləri keçiriləcəyini bəyan edib


Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Kofi Annan Suriya prezidentinə təqdim etdiyi konkret təkliflərə cavab gözlədiyini bildirib. Annan bunu Ankarada Suriyanın Milli Şurasının nümayəndələri ilə görüşündən sonra deyib. Annanın zorakılıqlara son qoyulması barədə razılıq əldə edilməsi məqsədi daşıyan ikigünlük Dəməşq səfəri heç bir nəticə verməyib.

Suriyanın Britaniyada yerləşən İnsan Hüquqları Müşahidəsi qrupu ordunu tərk edən döyüşçülər tərəfindən İdbildə 10 Suriya əsgərinin öldürüldüyünü bildirir. Human Rights Watch isə Türkiyə və Livan sərhədləri boyunca minlar yerləşdirildiyini deyir. Qrup bunu vicdansızlıq kimi qiymətləndirib.

Ərəb Liqasının rəhbəri Nabil Elərəbi Suriyada günahsız insanların qətli ilə bağlı beynəlxalq istintaq aparılmasına çağıraraq, hücumları bəşəriyyətə qarşı cinayətkarlıq kimi qiymətləndirib.

Bu arada, prezident Əsəd may ayının 7-də parlament seçkiləri keçiriləcəyini bəyan edib. Seçkilər fevral ayında keçirilən referendum nəticəsində qəbul edilən yeni konstitusiyaya əsasən hökumətin islahatlarının bir hissəsidir.

Müxalifət isə konstitusiyanı qeyri-legitim adlandırır.

Britaniya, Rusiya və ABŞ Suriyanı zorakılıqları dayandırmağa çağırıb. BMT-nin Təhlükəsizlik Şurası böhranın həlli yolları barədə razılıq əldə edə bilmir.Dünən ABŞ dövlət katibi Hillari Klinton da daxil edilməklə, şuranın xarici işlər nazirləri Rusiya və Çini bu sahədə beynəlxalq səylərə qoyulmağa çağırıb.

XS
SM
MD
LG