Accessibility links

Kerri ABŞ-Latın Amerikası əməkdaşlığında müsbət dəyişiklikləri qeyd edir


ABŞ Dövlət katibi Con Kerri ABŞ-ın Kubaya münasibətdə siyasətinin dəyişməsi və Latın Amerikası ölkələrilə təhsil, enerji və ticarət sahələrində əməkdaşlığı transformasiya kimi dəyərləndirib.

Con Kerri Dövlət Departamentində Latın Amerikası ölkələrinin hökumət, sənaye və siyasi liderlərinin hər il bir araya gəldiyi Vaşinqton toplantısında danışıb. Tədbir Qərb yarımkürəsində siyasi və iqtisadi inkişaf məsələləri ilə məşğul olan Amerika Dövlətlərinin Şurası tərəfindən keçirilir.

Dövlət katibi Kerri deyib ki, bu ayın əvvəli Panamada Latın Amerikası ölkələrinin sammiti yeddinci belə sammit olsa da, Kubanın ilk dəfə orada iştirak etməsinə görə müəyyən mənada birinci zirvə toplantısı adlandırıla bilər.

ABŞ-ın baş diplomatının sözlərinə görə, o və prezident Obama Panamada kubalı həmkarları ilə 1950-ci illərdən sonra ilk dəfə olaraq saatlarla sürən görüşlər keçiriblər.

“Biz münasibətlərin normallaşdırılması istiqamətində irəli getmək işinə sadiqik”-deyə Dövlət katibi Con Kerri bəyan edib.

XS
SM
MD
LG