Accessibility links

İsmayıllı hadisələri üzrə həbslərin müddəti uzadılır


İsmayıllı hadisələri
İsmayıllı hadisələri

Məhkəmə kimlərin həbs müddətinin uzadılması barədə məlumat vermir

Martın 14-də Nəsimi Rayon Məhkəməsi İsmayıllı hadisələri üzrə ittiham olunan bir neçə nəfərin həbs müddətini 2 ay uzadıb. Məhkəmə həbs müddəti uzadılan şəxslərin sayını və kimliyini açıqlamır.

Həbsdə olan Vasif İbrahimovun hüquqlarını müdafiə edən vəkil Nəvai Abbasov Turan-a bildirib ki, bu gün müttəhimin işinə baxılacaq.

“Çox güman ki, həbs müddəti uzadılacaq”, - o qeyd edib.

Bu gün həmçinin Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbs müddətinin uzadılmasına baxılması təyin edilib. Lakin T.Yaqublunun vəkillərinin onun ev dustaqlığına buraxılması barədə vəsatəti təqdim edildiyindən məhkəmə təxirə salınıb.

Bu gün məhkəmə REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbs müddətinin uzadılması barədə işə baxır.

Yanvarın 23-24-də İsmayıllıda «Çıraq” otelinin sahibinin özünü nalayiq aparması və yerli əhalini təhqir etməsi nəticəsində iğtişaşlar baş verib.

İş üzrə onlarla adam saxlanılıb. Onlar iğtişaşların təşkilində və polisə müqavimət göstərməkdə ittiham olunurlar. Nəsimi məhkəməsi onların həbsinə sanksiya verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG