Accessibility links

Araz Aslanlı: Türkiyənin təsirləri artacaq – bu, Qarabağ münaqişəsinin həlli üçün yetərli deyil [Audio-Müsahibə]


Araz Aslanlı
Araz Aslanlı

Politoloq Amerikanın Səsinə müsahibəsində İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasının regional təsirlərindən danışıb

“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsinə müsahibəsində İsrail-Türkiyə yaxınlaşmasının regional təsirlərindən danışıb.

Politoloq Araz Aslanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:59 0:00

Onun fikrincə, İsrail-Türkiyə münasibətlərinin gərgin olmasının Azərbaycan-İsrail münasibətlərinə mənfi və müsbət təsirləri olub. Belə ki, İsrailin strateji
Türkiyə ilə münasibətlər gərgin olanda İsrail bu boşluğu Azərbaycanla münasibətdə doldurmağa çalışırdı.

siyasətində bir neçə dünyəvi müsəlman ölkəsi ilə münasibətləri yaxşı saxlamaq xətti var.

“Türkiyə ilə münasibətlər gərgin olanda İsrail bu boşluğu Azərbaycanla münasibətdə doldurmağa çalışırdı. Digər tərəfdən isə Azərbaycanın İsraillə yaxşı münasibətləri Türkiyə və digər müsəlman ölkələri tərəfindən tənqidlər doğururdu”, o qeyd edib.

Politoloq hesab edir ki, münasibətlərin normallaşması həm Azərbaycanın daxilində, həm Türkiyədə, həm də digər maraqlı ölkələrdə Azərbaycan iqtidarına qarşı tənqidləri azaldacaq.

A.Aslanlı həmçinin Türkiyə-İsrail münasibətlərinin yaxın zamanlarda qabaqkı səviyyəsinə çatacağına da inanmır.

İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinin Ceyhan limanından Xəzər neftinin İsrailə satışına hər hansı təsiri hiss edilməyib.

O eyni zamanda İsrail-Türkiyə münasibətlərinin iqtisadi və enerji layihələrinə təsirinin az olduğunu bildirib.

“İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinin Ceyhan limanından Xəzər neftinin İsrailə satışına hər hansı təsiri hiss edilməyib. Münasibətlərin yaxşılaşması isə birgə layihələrin reallaşmasına təkan verə bilər. Bu həm neft-qaz layihələri, həm də içməli su layihəsi ilə bağlı ola bilər. Ümumilikdə isə Azərbaycanın regionda enerji siyasəti Türkiyənin mövqeyinin gücləndirilməsinə xidmət edir”, politoloq qeyd edib.

A.Aslanlı ümid edir ki, İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması, PKK liderinin “Türkiyəyə qarşı silahları yerə qoyun” bəyanatından sonra Türkiyənin regionda siyasi təsirləri daha da artacaq.

Türkiyənin siyasi təsirlərinin artmasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yetərli təsirlər edəcəyini düşünmürəm.

“Türkiyənin siyasi təsirlərinin artmasının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yetərli təsirlər edəcəyini düşünmürəm. Çünki Türkiyə xarici siyasətdə Suriya böhranı, Fələstin probleminin həlli, İranın nüvə proqramı, İsraillə münasibətlərin normallaşması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müəyyən addımlar atdı. Amma, bunların hamısının birdən həyata keçirilməsi nəzəri və praktiki baxımdan mümkün deyil. Bəzən biri-digəri ilə ziddiyyət təşkil edir. Ona görə də Türkiyə bir neçə strateji xətt seçdi. İranla yaxşılaşdırılan münasibətlər əvvəlki səviyyəsinə qayıtdı. İsrail geriyə addım atarsa bu ölkə ilə münasibətlərin normallaşdırılması xətti seçildi”.

O Türkiyə-Azərbaycan münasibətlərinə nəzər salarkən deyib ki, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdıraraq Azərbaycanla münasibətləri normal saxlamağa cəhd edib. Amma, bu əks effekt doğurub.

Qarabağ problemi Türkiyə üçün strateji itkidir.

“Bu fonda Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını dayandırandan sonra Azərbaycanla münasibətlərdə, TANAP layihəsi də daxil olmaqla daha da irəli getdi. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı addımların atılması Türkiyə üçün həddən artıq arzu ediləndir. Çünki Qarabağ problemi Türkiyə üçün strateji itkidir. Amma, Qarabağ probleminin ədalətli həllinə təkan verən amillərlə müqayisədə mane olan amillər daha çoxdur. İkincisi Türkiyənin münaqişənin həllinə kömək etmək imkanları bu münaqişənin həllinə mane olan dövlətlərin imkanlarından qat-qat aşağıdır. Xüsusilə Rusiyanı nəzərdə tuturam”, politoloq bildirib.
XS
SM
MD
LG