Accessibility links

“Yaqub Zurufçu İran Azərbaycanında musiqinin bayağılaşdığı bir dönəmdə önəmli işlər gördü”


İsmayıl Cəmili Yaqub Zurufçu ilə birlikdə
İsmayıl Cəmili Yaqub Zurufçu ilə birlikdə

Tanınmış müğənni Yaqub Zurufçu sentyabrın 14-də Bakıda vəfat edib. COVID-19 səbəbilə həyatını itirən Təbrizli sənətçini yaxından tanıyan şair İsmayıl Cəmili Amerikanın Səsinə müsahibədə mərhumun həyatı və yaradıcılığı haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:13:06 0:00

İsmayıl Cəmili deyir ki, “Yaqub Zurufçu Azərbaycan Respublikasında yaşadığı illərdə hörmət və qiymət gördü. Ona hər cür imkan yaratdılar. Xəstəliyində də çox özəl diqqət yetirildi. Türkiyədən bir həkimlər qrupu gətirildi ki, ona baxsınlar. Amma nə yazıq ki onu əldən verdik.”

Azərbaycanda musiqi çox pis durumdaydı. Belə bir mühitdə Yaqub bəy və bir iki digər müğənni var idi ki, bunların fəaliyyəti çox fərqli idi. Bunlar milli musiqimizin nümunələrini oxuyurdular. Yaqub bəy və onun kimi sənət adamlarımızın çalışmaları çox önəmli idi.”

Yaqub Zurufçu 1970-ci illərdə gənc yaşlarında İran Azərbaycanı və Tehranda xüsusilə təhsilli gənc əhalinin diqqətini cəlb etmişdi.

“Mən Yaqub bəyin kasetini 1970-ci illərdə Tehranda gördüm. O zamana qədər elə bir kaset yox idi ki, bizim milli və mütərəqqi musiqimiz orada tərənnüm olsun. O, Azərbaycanın dəyərli sənətkarlarının ifa etdiyi mahnıları dolğun səsi ilə və çox səlis oxumuşdu,” İsmail Cəmili söyləyir.

Zurufçu 1979 İslam İnqilabı ilə bərabər yaradıcılığının zirvəsində ölkəni tərk etməyə məcbur olur.

Cəmilinin sözlərinə görə, “Yaqub bəy Təbrizdə fəaliyyət göstərirdi. Sonra Tehranda universitetə getdi. İqtisad bölümündə qəbul olmuşdu. İnqilaba qədər Tehranda fəaliyyətə davam etdi. İnqilabdan sonra hər şey yasaqlandı, musiqi yasaqlandı. Yaqub bəyin İranda fəaliyyətinə imkan olmadı və Almaniyaya köçdü. Sonralar gedib Amerikada sakin oldu. Azərbaycanın müstəqilliyini əldə etdiyi dövrdə Bakıdaydı və daha sonra bir dəfəlik köçdü Bakıya.”

Yaqub Zurufçunun Təbriz və Tehranda fəaliyyət göstərdiyi dönəm, İsmayıl Cəmilinin dediklərinə görə, İran Azərbaycanında sənət və musiqinin çox bərbad vəziyyətə gətirildiyi bir dönəm idi:

İnqilabın baxışı musiqiyə, ədəbiyyata və sənətə inanılmaz zərbələr vurdu. Yəni, o adamlar o yaşlarında ki, yaradıcılıq zamanı idi, öz yurdlarında çox yaxşı əsərlər yaza bilərdilər. Amma, qala bilmədilər. Köçməyə məcbur oldular.

“O zamanlar hakimiyyətin tamam səyi bu idi ki, Azərbaycana aid nə varsa aradan qaldırsın və ya onu mübtəzəl (bayağı) şəkildə təqdim etsin ki, əhali ona rəğbət göstərməsin. O dönəm aşıq musiqisinin ifasına Təbrizdə ancaq iki yerdə icazə var idi. Gəcildə bir qəhvəxana var idi, bazar içərisində, biri də Gülüstan Bağının qarşısında bir qəhvəxana idi, orada oxuyurdular. O zaman oralar Təbrizdə gənc nəsil və tələbələrin gedə bildiyi yerlər deyildi. Şəhər mühitində aşıq sənətini gənclərə çatdırmaq bir az çətin idi.”

Cəmili əlavə edir, “digər musiqi növləri də əksərən Tehranda o mübtəzəl (bayağı) musiqi ki var idi, aralıq musiqisi, onları çox yüngül sözlər ilə farscadan türkcəyə çevirirdilər. Azərbaycanda musiqi çox pis durumdaydı. Belə bir mühitdə Yaqub bəy və bir iki digər müğənni var idi ki, bunların fəaliyyəti çox fərqli idi. Bunlar milli musiqimizin nümunələrini oxuyurdular. Yaqub bəyin o dövrdəki kasetlərində var o parçalar. Hamısı yüksək səviyyədə folklor nümunələridir. Yeni əsərləri də eyni şəkildə. Bu səbəblə Yaqub bəy və onun kimi sənət adamlarımızın çalışmaları çox önəmli idi.”

Yaqub Zurufçu həmin illərdə tanınmış şairlər Əlirza Nabdil və Kərim Məşrutəçinin şeirləri üçün bəstələnmiş mahnılarını ehtiva edən bir albom yayımlamışdı. Albom xüsusilə dönəmin siyasi fəalları daxil olmaqla müxtəlif qrupların rəğbətini qazanmışdı. Sənətçinin mühacirət dönəmində artıq bu növ fəaliyyətləri olmadı.

Sənətçi öz millətinin içində ikən bir işlər görə bilir. Xaricdə olanda daha o təmas, o gündəlik irtibatlar kəsilir. Məcbur olur öz zehnində bir şeylər yaratsın. Gerçəklikdən biraz uzaqda qalır.

İsmayıl Cəmili mərhum Zurufçunun mühacirətdən sonrakı faəliyylərinə diqqət çəkərək deyir ki, “sənətçi öz millətinin içində ikən bir işlər görə bilir. Xaricdə olanda daha o təmas, o gündəlik irtibatlar kəsilir. Məcbur olur öz zehnində bir şeylər yaratsın. Gerçəklikdən biraz uzaqda qalır. Yaqub bəy də, xaricdə baxmayaraq ki, sənətdə, teknikdə və səsdə irəliyə getmişdi, amma millətdən uzaq qalmaq, oradakı günlük həyatdan və hadisələrdən uzaq qalmaq imkan vermirdi ki o qabiliyyətə görə iş görsün.”

Cəmili 1979 İslam İnqilabının sənət, musiqi və ədəbiyyata böyük zərbələr vurduğunu vurğulayır.

“İnqilabın olması və yeni bir sistemin gəlməsi və onun baxışı musiqiyə, ədəbiyyata və sənətə inanılmaz zərbələr vurdu. Yəni, o adamlar o yaşlarında ki, yaradıcılıq zamanı idi, öz yurdlarında çox yaxşı əsərlər yaza bilər və çox yaxşı sənət nümunələri meydana gətirə bilərdilər. Amma, qala bilmədilər. Köçməyə məcbur oldular. Bunların əlindən bir iş gəlirdi ki, yeni nəslə öyrətsinlər, deməyə sözləri var idi. Amma qalmağa imkan yox idi” - deyə o ifadə edir.

XS
SM
MD
LG