Accessibility links

‘Ayrılıq’ mahnısının müəllifi vəfat edib


Fərhad İbrahimi
Fərhad İbrahimi

Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınan “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad İbrahimi 84 yaşında İran Azərbaycanının Ərdəbil şəhərində vəfat edib.

Tanınmış mahnı yazarı və şair Fərhad (Rəcəb) İbrahimi 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Korabazlı kəndində dünyaya göz açıp.

Ayrılıq mahnısının yaradıcıları: Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi
Ayrılıq mahnısının yaradıcıları: Fərhad İbrahimi, Fatma Qənnadi və Əli Səlimi

İbrahimi Əli Səlimi tərəfindən bəstələnən “Ayrılıq”, “Açıl Səhər” və “Ağlama” kimi mahnıların sözlərinin müəlifidir.

Əli Səliminin Fərhad İbrahiminin sözlərinə bəstələdiyi Ayrılıq mahnısını bəstəkarın həyat yoldaşı Fatma Qənnadi ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirib.

1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra “Ayrılıq”-ın şöhrəti İran sərhədlərini aşmağa başlayıb, mahnı türk dünyasının ən məşhur mahnılarından birinə çevrilib. Ayrılıq mahnısı bu günə qədər İran, Türkiyə, Azərbaycan, Orta Asiya və Şərqi Türkistanda onlarla məşhur sənətçi tərəfindən ifa edilib.

Bəzi mənbələrə görə, Tehran radiosunda yayımlanmadan öncə mahnı fərqli sözlərlərlə məşq edilmişdi:

...
İllərdir uzağam arxam elimdən
Bülbüləm düşmüşəm ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq ayrılıq yaman ayrılıq
Hər bir dərddən olur yaman ayrılıq...

Ancaq mahnının sözləri siyasi dəyərləndirildiyi üçün senzuraya məruz qalıb və şair İbrahimi mahnının sözlərini dəyişərək, onu bu gün hər yerdə oxunduğu kimi bir sevgi şeiri şəklinə salıb.

Fərhad İbrahimi
Fərhad İbrahimi

XS
SM
MD
LG