Accessibility links

Yaqub Zurufçu: ‘Azəri’ və ‘Persian’ sözləri konsertimin posterindən götürüləcək [Audio-Müsahibə]


Yaqub Zurufçu
Yaqub Zurufçu

Müğənni Amerikanın Səsinə danışır

Amerikanın Səsi ilə söhbətdə illər öncə ifa etdiyi “Bura Kürdüstan” adlı mahnı və gələcək həftələrdə Almaniyada təşkil edəcəyi konsert haqqında mübahisələr və tənqidlərə münasibət bildirən tanınmış müğənni Yaqub Zurufçu konsertinin posterindən “Persian” (Fars) və Azəri” sözlərinin qaldırılacağını bildirib.

Yaqub Zurufçu Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:18:53 0:00

Son vaxtlarda Azərbaycan Respublikasının mətbuatı və sosial şəbəkələrdə müğənninin təbrizli şair Əlirza Nabdilin (Oxtay) “Bura Kürdüstan” adlı şeiri üçün bəstələyib və eyni adla ifa etdiyi mahnı, eləcə də gələcək həftələrdə Ramiz Quliyev kimi sənətçilərin də iştirakı ilə Almaniyada keçirəcəyi konserti ilə bağlı qızğın mübahisələr cərəyan edir.

Azərbaycan Respublikasında yaşayan təbrizli sənətçini tənqid edənlər onun "Bura Kürdüstan" mahnısını Qərbi Azərbaycan vilayətini də içinə alan “Böyük Kürdüstan” xəritəsi altında ifa etdiyini yazıblar.

Zurufçu konsert
Zurufçu konsert

Tanınmış sənətçi həmin mahnıdan əlavə Əlirza Nabdilin başqa şeirləri üçün bəstələnmiş bir neçə ayrı mahnını da ehtiva edən albomu uzun zaman öncə yayımladığına işarə edərək mahnıda xəritələrdə təsvir edilmiş “Böyük Kürdüstan” deyil, İrandakı Kürdüstan vilayətindən söz açıldığını önə çəkir:

Rəhmətlik Əlirza Nabdil də bu münasibət haqqında şeir demişdi. Mən onu götürüb oxudum ki biz və kürdlər hamımız bərabər və birlikdə şahın sistemi ilə mübarizə etmişdik... Onun videosunu yayıblar. Mən orada durmamışam, mənim şəklimi düzəldiblər o xəritənin üstünə, mən tənzimləməmişəm axı..
Yaqub Zurufçu

“Bura Kürdüstan mahnısını oxumuşam. Mən uşaqlıqdan arzu etmişdim ki Əlirza Nabdilin şeirlərini oxuyam və o kasetdə ki 38 il bundan əvvəl yayılıb onun gözəl şeirlərini oxumuşdum. O cümlədən, Ay uşaqlar əl-ələ, əl-ələ verin gedək arzu gilə... İranda əyalətlər vardır. Kürdüstan da o əyalətlərdən biridir... O dövrdə Şahın türməsində olanların bir çoxu ya Azərbaycandan olmuşdu, ya Kürdüstandan. O zamanlar münasibətlər yaxşı idi, torpaq iddiası yox idi, PKK yox idi... Rəhmətlik Əlirza Nabdil də bu münasibət haqqında şeir demişdi. Mən onu götürüb oxudum ki biz və kürdlər hamımız bərabər və birlikdə şahın sistemi ilə mübarizə etmişdik... Onun videosunu yayıblar. Mən orada durmamışam, mənim şəklimi düzəldiblər o xəritənin üstünə, mən tənzimləməmişəm axı...”

1944-cü ildə Təbrizdə dünyaya gələn məşhur solçu şair Əlirza Nabdil Oxtay 1972-ci ilin mart ayında gənc yaşda Pəhləvi rejimi tərəfindən öldürülüb. Onun türk dilində yazdığı şeirlər daha sonra İşıq şeir toplusu adı ilə nəşr edilib.

Yaqub Zurufçu haqqında mediada yayılmış və sosial şəbəkələrdə mübahisəyə səbəb olan digər bir məqam isə onun gələcək həftələrdə Almaniyada təşkil edəcəyi konsertinin posteri üzərində yazılmış “Persian Concert qürurla təqdim edir” cümləsi və “Azəri” sözü ilə bağlıdır. Tanınmış müğənni Persian Concert-in konserti təşkil edən şirkətin adı olduğunu deyir:

Yazıb Persian Concert, bu onun şirkətinin adıdır... Yazıb Persian Concert proudly presents. Yaxşıdır da, biz indi Persian Concert-in içində Azərbaycan gecəsi təşkil edirik da, burada nə var ki?”
Yaqub Zurufçu

“Mən çalışıram o adam mənə konsert təşkil etsin ki o işi bilir. Azərbaycan cəmiyyətləri konsert qoyanda, mən çalışıram ki onlara az gedəm. Ona görə ki, onların bu işdə təcrübələri yoxdur. Yaxşı insanlardırlar, ama təcrübələri yoxdur. Almaniyada yaşayan bu adam tamam Almaniyada konsertləri o təşkil edir. İranın ən böyük müğənniləri üçün konsert təşkil edib, yazıb Persian Concert, bu onun şirkətinin adıdır... Yazıb Persian Concert proudly presents. Yaxşıdır da, biz indi Persian Concert-in içində Azərbaycan gecəsi təşkil edirik da, burada nə var ki?”

Azərbaycan Respublikasında yaşayan müğənni konserti təşkil edən şəxsdən “Persian” və “Azəri” ifadələrini poster üzərindən qaldırılmasını istədiyini və onun da bunu qəbul etdiyini söyləyir.

“Ona dedim, orada Persian Concert yazmısınız. Onu xahiş edirəm oradan götürün... Dedim balaca səhv eləmisən yazıbsan Böyük Azəri Konsert, dedim elə yazma, yaz; Böyük Azərbaycan Konserti,” deyə Yaqub Zurufçu əlavə edir.

XS
SM
MD
LG