Accessibility links

İraq qüvvələri Ramadi istiqamətində hərəkət edir


İraq hərbi qüvvələri bu həftənin əvvəli Ənbər vilayətinin paytaxtı Ramadinin nəzarətini ələ keçirmiş İslam Dövləti qrupuna qarşı əməliyyatların aparılması məqsədilə şənbə günü Ramadi şəhəri istiqamətində hərəkət etməyə başlayıb.

İraqın qərbində Suriya, İordaniya və Səudiyyə Ərəbistanı ilə həmsərhəd Ənbər vilayətinin gələcəyi İslam Dövləti qrupunun mayın ortalarından üstünlüyə nail olmasından sonra qeyri-müəyyən olaraq qalır.

ABŞ hərbi qüvvələri beynəlxalq koalisiyanın İraqda ötən gecə Ramadi, İslam Dövləti qrupunun istinadgahı olan Mosul və neftayırma zavodunun yerləşdiyi Beici şəhərləri ətrafındakı ərazilərin hədəf alındığı 22 hava hücumu keçirdiyini bildirib.

Koalisiyanın hərbi təyyarələri Suriyada İslam Dövləti qrupunun keçən həftə üstünlüyü nail olduğu Palmira şəhəri yaxınlığında da hava hücumları keçirib.

İslam Dövləti qrupunun döyüşçüləri çərşənbə günü hökuməti qüvvələrini məğlub etdikdən sonra qədim şəhərin muzeyində reyd keçirib. Dəməşqdə Qədim Abidələr və Muzeylər Departamentinin direktoru Mamun Əbdülkərim Ramadi muzeyindəki qədim əsərlərin təhlükəsizlik məqsədilə muzeydən çıxarıldığını bildirib. Tadmor adı ilə tanınan qədim Palmira şəhəri YUNESKO-nin Dünya Mədəni İrsi siyahısına salınıb.

XS
SM
MD
LG