İraq üzrə mütəxəssislər xəbərdarlıq edir ki, Birləşmiş Ştatlar Sunni İraqlıların İslam Dövləti qrupuna qaşı silahlandırılması məsələsi üzərində işləməyənə qədər Vaşinqtonun münaqişəyə havadan müdaxilə siyasəti heç bir nəticə verməyəcək. Onların fikrincə, bu, yalnız ölkənin məzhəb zəminində müharibəyə sürüklənərək dağılması prosesini yavaşıda bilər.
10 il əvvəl eyni situasiya ilə üzləşən ABŞ hərbi qüvvələri İslam Dövləti qrupunun sələfi olan İraqda Əl-Qaidə qrupuna qarşı 90 min sünnini silahlandırmaq qərar vermişdi. Nəticədə Əl-Qaidə geri çəkilməyə məcbur olmuş və bir neçə il ərzində İraq tədricən müharibədən çıxmağa başlamışdı.
ABŞ-ın İslam Dövləti qrupuna qarşı hazırkı strateqiyası hələlik hava hücumlarından və Xüsusi Qüvvələrin reydlərindən ibarətdir. Keçən həftə Xüsusi Təyinatlı Qüvvələrin Suriyada həyata keçirdiyi hücum nəticəsində İslam Dövləti qrupunun yüksək səviyyəli lideri Əbu Sayyafı qətlə yetirilib.
Əgər mərkəzi hökumət İŞİD-ə qarşı vuruşmaq üçün sünnilərdən ibarət qüvvə təşkil edə bilməsə, onda sünnilərin məskunlaşdığı qərbi Bağdada nəzarət itirlə bilər.Maykl Pregent
Massaçutes ştatının Northeastern Universitetində siyasi elmlər üzrə professor Maks Abrahms Amerikanın Səsinə bildirib ki, bu strateqiya İslam Dövləti qrupunun ərazilərinin böyük hissəsinə nəzarət etdiyi Suriya və İraqda baş verənlərin qarşısını almaq üçün kifayət deyil.
2005-2010-cu illərdə İraqda xidmət göstərən sabiq ABŞ kəşfiyyat zabiti Maykl Preqant deyib ki, Xüsusi Təyinatlı Qüvvələrin reydləri kimi əməliyyatlar İslam Dövləti qrupunu zərərsizləşdirməyə kömək edəcək məlumatların əldə edilməsinə kömək edə bilər.
Əməliyyat haqda məlumat verən Suriya televiziyası İslam Dövləti qrupunun yüksək rütbəli komandiri də daxil olmaqla bir neçə üzvünün hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Maykl Preqent Ağ Evin sonradan əməliyyat barədə məlumatın detallarını açıqlamasını tənqid edib. Onun sözlərinə görə, ictimaiyyət qarşısında qələbəni nümayiş etdirmək arzusu uzaqgörən siyasətdən xəbər vermir.
Pregent də, Abrahms da İslam Dövləti qrupunun həm quruda, həm də havadan hücuma məruz qaldığı zaman ciddi itkilər verdiyini düşünür. Bu, ABŞ hava qüvvələri Suriyanın Kobani qəsəbəsində Kürd qüvvələrinə, ya da İraqda, Tikritdə şiə yarı hərbi dəstələrinə dəstək olaraq havadan hücumlar təşkil etdiyi zaman baş vermişdi.
Ancaq belə koordinasiya keçən həftə İslam Dövləti qrupu tərəfindən ələ keçirililən əsas etibarilə Sünnilərin yaşadığı Ramadi qəsəbəsində baş tutmadı. Maykl Pregent bunu böyük məğlubiyyət kimi qiymətləndirir.
O, şiə yarı hərbi dəstələri və peşmergələrin Ramadiyə diqqət vermədiyini, şiələrin Sünni ərazilərə getmək və orada döyüşmək istəmədiyini deyir. “İslam Dövləti qrupu bu yanaşmadan xəbərdardır,” deyə o bildirir.
Maykl Pregent deyir ki, Vaşinqton Əl-Qaidəni məğlub etməkdə rol oynayan sabiq sünni qəbilə liderlərini bir araya gətirməli və Bağdad hökumətinin sünni ərazilərin İslam Dövləti qrupundan təmizlənməsini istəyirsə onların İraq təhlükəsizlik qüvvələrinə cəlb etməsi, silahlandırmalsı və təqaüd verməsinə nail olmalıdır.