Accessibility links

ABŞ amerikalılara İranda 8 il həbs cəzası verilməsini dərin təəssüf hissi ilə qarşılayıb


ABŞ amerikalılara İranda 8 il həbs cəzası verilməsini dərin təəssüf hissi ilə qarşılayıb
ABŞ amerikalılara İranda 8 il həbs cəzası verilməsini dərin təəssüf hissi ilə qarşılayıb

ABŞ Dövlət katibi Hillari Klinton İranın iki amerikalını ölkəyə qeyri-qanuni daxil olmaq və casusluq ittihamları ilə 8 il həbs cəzasına məhkum etməsini dərin təəssüf hissi ilə qarşıladığını bildirib. Bu gün verdiyi bəyanatda xanım Klinton Şeyn Bauer və Coş Fattalın vətənə dönməli olduqlarını bildirir. Dövlət katibi prezident Barak Obama qoşularaq, iki il bundan əvvəl İran-iraq sərhəddində daha bir qadınla həbs edilən bu iki şəxsə hədsiz dəstək ifadə edib. Amerikalı turistlərin vəkili məhkəmənin hökmünə qarşı şikayət verəcəyini bildirib. Valideynlərinin açıqladıqları bəyanatda isə deyilir ki, onların həbsdə olduğu 751 gün arasında hökmün oxunduğu gün ən çətin gün olub. Tehran məhkəməsinin prokuroru Bauer və Fattalın casusluq ittihamı ilə beş il, ölkəyə qeyri-qanuni daxil olmaq ittihamı ilə isə 3 il həbs cəzası aldıqları haqda mətbuata sızmış məlumatları təsdiq edib. Amerikalılar 20 gün ərzində apelyasiya müraciəti verə bilər. Məhkəmə qapalı keçirilbi və onlara qarşı ittihamlar heç vaxt ictimiayyətə açıqlanmayıb.

XS
SM
MD
LG