Accessibility links

Avropa İttifaqının nümayəndəsi həbsxanada İlqar Məmmədovla görüşüb


ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

Rolan Kobia İlqar Məmmədovun saxlanma şəraiti, sağlamlığı ilə maraqlanıb

Aprelin 4-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Kürdəxanı İstintaq Təcridxanasında ReAL hərəkatının lideri İlqar Məmmədovla görüşüb.

ReAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib ki, Avropa İttifaqının nümayəndəsi İlqar Məmmədovun saxlanma şəraiti, sağlamlığı ilə maraqlanıb.

Onun sözlərinə görə, R.Kobia bir neçə dəfə rəsmi dövlət qurumlarına müraciət etdikdən sonra görüşə icazə verilib.

İlqar Məmmədov bu ilin fevralında Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinərək həbs edilib. Onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilsə də, sonradan bu müddət daha 2 ay uzadılıb.
İstintaq orqanı İlqar Məmmədov yanvarın 24-də İsmayıllı hadisələri zamanı oraya gedərək rayon sakinləri arasında ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etdiyini bildirib.

İlqar Məmmədov bu ittihamları rədd edib və həbsi siyasi sifariş hesab edir. Məmmədov həbsindən öncə prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG