Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı şənliklərində iştirakı zamanı bayram çıxışında Ermənistan-Azərbaycan münaqişəsi və dolayısı ilə son zaman regionda baş verənlərə toxunub.
Prezident deyib ki, Azərbaycanın xarici siyasətlə bağlı əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. “Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır”.
Dövlət başçısının fikrincə tarixi ədalət, beynəlxalq hüquq pozulub. “Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür”.
Prezident əmindir ki, münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. “Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.
Əliyev bildirib ki, bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amili də ön plana çıxır. “Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır. Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Bu potensial bizə imkan verir ki, müstəqil siyasət aparaq. Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir”.
Dövlət başçısı deyib ki, son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilir. “Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatmışdır. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır”.
Prezident Azərbaycanın ideoloji əsaslarının aydın olduğunu diqqətə çatdırıb. “Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi. Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir. Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır.
Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər üzərində qurulubdur”.
Əliyev əmindir ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. “İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır”.
Onun fikrincə Azərbaycanın artan gücü, potensialı və xarici siyasətlə bağlı apardığı düşünülmüş, ölçülüb-biçilmiş siyasət ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək. “Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir.
Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq. Beynəlxalq münasibətlərin həllində güc amili ön plana çıxır. Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq.
Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”, prezident qeyd edib.
Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir.
Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz.
Prezident əmindir ki, münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. “Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.
Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir.
Dövlət başçısı deyib ki, son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilir. “Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatmışdır. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır”.
Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır.
Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər üzərində qurulubdur”.
Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır.
Onun fikrincə Azərbaycanın artan gücü, potensialı və xarici siyasətlə bağlı apardığı düşünülmüş, ölçülüb-biçilmiş siyasət ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək. “Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir.
Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq.
Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır”, prezident qeyd edib.