Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri apreldə regiona səfər edəcək


ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edib

Azərbaycan və Ermənistan sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəlib

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 22-də və martın 11-dək Parisdə və Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlər keçiriblər.
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin 2013-cü ilin noyabrında Vyanada keçirilən görüşündə qaldırılan məsələləri razılaşdırmaq üçün nazirlərlə işi davam etdirəcəklər.

Nazirlər həll olunmamış məsələləri nizamlamaq və prosesi irəlilətmək istəyində olduqlarını bir daha bildiriblər. Onlar əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar və sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırır. Bu barədə ATƏT-in məlumatında deyilir.
XS
SM
MD
LG