Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın Xocalı soyqırımının ildönümünü qeyd etmək məqsədilə etdiyi yürüş müraciətinə “yox” cavabı verib.
İctimai Palatanın məlumatına görə, BŞİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun cavablandırdığı məktubda qeyd olunur ki, fevralın 26-da Xocalı soyqırımının iyirmi birinci ildönümü ilə əlaqədar Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçirilməsi planlaşdırılıb.
Bu səbəbdən də icra hakimiyyəti fevralın 26-da planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab etmir.
Bu il fevralın 20-də yürüşün təşkilatçıları Xocalı soyqırımının ildönümünü qeyd etmək məqsədilə Bakı şəhəri, Xətai rayonu ərazisində Xocalı prospekti ilə Xocalı soyqırımı abidəsinə qədər yürüş etməyi və abidə qarşısında əklil qoymaqla soyqırıma məruz qalan insanların xatirəsini yad etməyi planlaşdırır.
Yürüşün “Xocalı soyqırımının səbəbkarları cəzalandırılsın!”, “Xocalı soyqırımı rəsmən qəbul edilsin!”, “Dünya Xocalı soyqırımına biganə qalmasın!”, “Günahsız insanların qətlinə son!” şüarları ilə keçirilməsi nəzərdə tutulur.